Qardabanidən olan azərbaycanlı qız Avropa çempionu olub

Qardabanidən olan azərbaycanlı qız Avropa çempionu olub

29.10.2017, 15:02 | 176 dəfə oxunulub. 12 14 16 18
Qardabanidən olan azərbaycanlı qız Avropa çempionu olub
Barselonada baş tutan Kiokuşin Karate IKO – MATSUŞIMA Avropa Kuboku uğrunda yarışlarda Qardabanidən olan karate növü üzrə idmançı Kəmalə Məmmədova qələbə əldə edib. QafqazMedia.az-ın GAXA.ge saytına istinadən məlumatına görə, K. Məmmədova öncə Ukrayna idmançısı ilə döyüşdə rəqibini nakauta salaraq mübarizəni qələbə ilə başa çatdırıb. Sonda azərbaycanlı idmançı K. Məmmədova 55 kq çəki dərəcəsində final yarışmasının həlledici döyüşündə İspan idmançısı ilə qarşılaşıb və idmanın karate növü üzrə mübarizədə qızıl medala layiq görülərək Avropa çempionu tituluna sahib olub.

K. Məmmədova Gürcüstan ali məktəbinin tələbəsidir. 24 yaşı var və Qardabaninin Aşağı Kəpənəkçi kəndində yaşayır. K. Məmmədova Gürcüstan çempionu olub, dəfələrlə beynəlxalq idman turnirlərinin qalibi, 2005-ci ildə Varşavada keçirilən Avropa çempionatında final iştirakçısı kimi tədbirdə fəal idmançı olub.
Qeyd edək ki, Avropa çempionu adını qazanan K. Məmmədovanı Gürcüstan Kiokişin Karate Federasiyasının rəhbəri Nodar Kvantçiani təbrik edib və ona daha böyük uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, K. Məmmədovanın Barselonada baş tutan Kiokuşin Karate IKO – MATSUŞIMA Avropa Kuboku uğrunda yarışmaya qatılması Gürcüstan parlamentinin Qardabanidən seçilən majoritar deputatı Savalan Mirzəyevin dəstəyi ilə həyata keçirilib.

24 yaşlı idmançı K. Məmmədovanın atası Hacırəhim Məmmədov GAXA-ya açıqlamasında qızına dəstək olan Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevə təşəkkürünü bildirib: “Biz qızım Kəmalənin Barselonada təşkil olunan Kiokuşin Karate IKO – MATSUŞIMA Avropa Kuboku uğrunda yarışlara getmək üçün maliyyə köməyi tapa bilmədikdə Qardabanidən parlamentə majoritar deputat seçilmiş Savalan Mirzəyevə müraciət etdik. O, dərhal bu işə razılıq verdi və qızıma lazımi dəstək oldu. Mən qızımın qələbə qazanmasında dəstəyi olan insanlara böyük minnətdarlığımı bildirirəm. Hazırda qızım Barselonadadır, sabah yox, birisi gün biz onu Tiflis aeroportunda təntənəli şəraitdə qarşılayacağıq,” H. Məmmədov vurğulayıb.

QafqazMedia.az




Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın