39 dərəcə istilərdən sonra Azərbaycandə tempuratur kəskin dərəcədə enəcək

39 dərəcə istilərdən sonra Azərbaycandə tempuratur kəskin dərəcədə enəcək

24.07.2016, 00:10 | 406 dəfə oxunulub. 12 14 16 18
İyulun 24-də havanın temperaturunun bir qədər də aşağı düşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-24°, gündüz 26-30°, Bakıda gecə 22-24°, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Rayonlardan bəzilərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-16° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Əmrah Mehdiyev
39 dərəcə istilərdən sonra Azərbaycandə tempuratur kəskin dərəcədə enəcəkwww.QafqazMedia.az informasiya saytının xüsusi müxbiri



Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın