Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edilib

Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edilib

20.06.2018, 13:49 | 39 dəfə oxunulub. 12 14 16 18

Sakit okeanın Yaponiyanın şimal-şərq sahillərində batan balıqçı gəmisinin bütün heyət üzvləri xilas edilib.
Qafqazmedia.az Yaponiya Sahil Xidmətinə istinadla xəbər verir ki, iyunun 20-də səhər saatlarında balıqçı gəmisindən həyəcan siqnalı daxil olub. Gəmi Miyaqi prefekturasının sahillərindən 850 kilometr məsafədə yerləşib.
Koti prefekturasında qeydiyyatda olan “Koryo-maru 68” adlı gəmi digər balıqçı gəmiləri ilə birlikdə ova çıxıb.
İdarənin məlumatında qeyd edilir ki, batan gəminin bütün heyət üzvləri yaxınlıqda yerləşən gəmilər tərəfindən xilas edilib.
Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edilib


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın