"Ana, mən ömürlük köçdüm dünyadan"

22.04.2018, 07:28 | 522 dəfə oxunulub. 12 14 16 18
"Ana, mən ömürlük köçdüm dünyadan"
"Ana, mən ömürlük köçdüm dünyadan"

Beynəlxalq Mətbuat Mərkəzində Mailə Kamran Kənanın dünyasınını vaxtsız dəyişmiş övladı Kamranın xatirəsinə ithaf etdiyi " 19-cu bahar"kitabının və "Kamran həsrəti" adlı klipin təqdimatı keçirildi. Tədbiri şairə Günay Fuad qızı açaraq, Kamranın xatirəsinə yazdığı şeiri söylədi. "Ana, mən ömürlük köçdüm dünyadan "misrası ilə başlanan şeir ürək dağlayan ana həsrətinin ,qəlb parçalayan övlad itkisinin fəryadı idi. Fəryadı idi Mailə xanımın, üsyanı idi bir ananın, hayqlrtlsı, iniltisi, naləsiydi bu sözlər övlad həsrətli bir xanımın. Təsəlli verə biləcək hər söz aciz idi bu ananın duyğularını ifadə etməyə, aciz idi hər kəlmə qəlb sızlayan Kamran həsrətini dilə gətirməyə. Aciz idi, aciz idi................ .Əgər imkanı olsaydı öz ömründən pay verərdi, övladına.Gözünü belə qırpmadan həyatını verərdi.... Övladını yaşatmaq üçün...
Yaşatdı yenə övladını Mailə xanım. Qəlblərə, könüllərə köçürərək, yaşatdı yenə onu nəğmələrdə, şeirlərdə səsləndirərək...
Ruhu daima anasını qoruyan, sevən, əzizləyən Kamran da yaşatdı, canından çox sevdiyi anasını. Yaşatdı ölümünə inanmamaq üçün, yaşatdı ,son nəfəsi gələnə qədər özünün də yaşaması üçün. Ölümüylə belə, anasının xoşbəxtliyini azaltmadı, o. Azaltmadı dostlarının, müəllimlərinin, onu tanıyanların və sevənlərinin onun haqqında dediyi, fikirləşdiyi xoş sözlərə nail olduğu üçün..........

Mehriban Sadıqova

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın