UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar

UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar

08.04.2018, 03:39 | 96 dəfə oxunulub. 12 14 16 18

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.
UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin hazırladıqları səhnə əsəri Aprel döyüşləri zamanı şəhid olmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin xatirəsinə həsr edilib.
Tamaşa Yefim Abramov və Leyla Bəyimin həmmüəllifi olduqları “Xəyalpərvər oğlan” pyesi əsasında hazırlanıb.
UNEC-in Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş məzunları Tural Dadaşov və Mahir Mirzəyevin valideynləri universitetin müəllim və tələbələri ilə birlikdə tamaşanı izləyiblər.
Tələbələrin peşəkarlıqla ifa etdikləri səhnə əsəri maraqla qarşılanıb.

Nailə Yusifova
UNEC-in baş müəllimi
filologiya üzrə fəlsəfə doktoru
UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar
UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar
UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar
UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar


Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın