Gürcüstan təhsil nazirliyi müəllimlərlə silsilə görüşlərə başlayıb

Gürcüstan təhsil nazirliyi müəllimlərlə silsilə görüşlərə başlayıb

09.01.2018, 11:42 | 150 dəfə oxunulub. 12 14 16 18
Gürcüstan təhsil nazirliyi müəllimlərlə silsilə görüşlərə başlayıb
Gürcüstan Təhsil və Elm Naziri Mixail Çxenkeli müəllimlərlə silsilə görüşlərə başlayıb. GAXA-nın Tiflis müxbirinin məlumatına görə, “Müəllimləri eşidək” adlı silsilə görüşlərdə məktəblərin ehtiyacı, problemləri barədə təkliflər və söylənilən problemlərin və həlli yolları axtarılacaq. Görüşlərdə həmçinin, 2017-ci ildə xüsusilə fəal olan müəllimlərin təcrübəsi, onların peşəkarlığının inkişafı, dərslərin tədrisində yüksək nəticələr barədə fikirlər söyləniləcək və həyata keçiriləcək geniş tədbirlər planı qəbul olunacaq.

Bu gün başlanan ilk görüşdə nazir M. Çxenkeli 2017-ci ildə təhsil sahəsində fəal olan ən təcrübəli və peşəkar müəllimlərlə görüşüb. Görüşdə siniflərdə şagirdlərlə iş üzrə görülən əhəmiyyətli tədbirlər və əldə olunan nəticələr barədə söhbətlər aparılıb. Tədbirdə peşəkarlığın inkişaf etdirilməsi, təcrübə və tədrisdə yüksək nəticələr və uğurlar əldə etmək üçün zəngin pedaqoji təlim və tərbiyə, eyni zamanda tədris metodlarından, dərsliklərin keyfiyyətindən söhbət açılıb.

Nazirliyin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən silsilə görüşlərin məqsədi tədrisin keyfiyyəti, eyni zamanda məktəblərdəki problemlər və müəllimlərlə açıq mövzularda söhbətlər aparmaqdır.

Nazir M. Çxenkeli silsilə görüşləri davam etdirmək niyyətində olduğunu və hər bir fəal müəllimi eşitmək istədiyini bildirib. Onun sözlərinə görə, “Müəllimləri eşidək”adlı görüşlərin əhəmiyyəti böyük olacaq: “Biz müəllimlərlə hər bir məsələ ətrafında müzakirələr aparacaq və onlarla əhəmiyyətli əməkdaşlıq edəcəyik”,- nazir M. Çxenkeli çıxışında bildirib.

Görüşdə müəllimlərə pedaqoji sahə üzrə müxtəlif ədəbiyyat və bukletlərlər təqdim olunub.

www.gaxa.ge

Xəbəri dərc etdi: Nizami Məmmədzadə
Rəy yazın