Azərbaycanın dövlətinin müstəqilliyi dönməz və əbədi yaşardır!- Şefa Piriyeva

Azərbaycanın dövlətinin müstəqilliyi dönməz və əbədi yaşardır!- Şefa Piriyeva

29.05.2018, 02:56 | 228 dəfə oxunulub. 12 14 16 18
Azərbaycanın dövlətinin müstəqilliyi dönməz və əbədi yaşardır!- Şefa Piriyeva
Azərbaycanın dövlətinin müstəqilliyi dönməz və əbədi yaşardır!- Şefa Piriyeva


Dünya tarixinin ən dəhşətli müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi.

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordunun qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da 28 may 1918-ci ildə Məhəmməd Əmin oğlu Rəsulzadə rəhbərliyi altında qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, dünyanın ən qəddar müstəmləkə rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Hal-hazırda, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə dayanaraq, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam şekilde deyə bilərik ki, Azərbaycanın dövlətinin müstəqilliyi dönməz və əbədi yaşardır!

Şefa Piriyeva-Jurnalist, Yazar

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın