Argentina Duran Bakıda solo konsert proqramı ilə çıxış edib

Argentina Duran Bakıda solo konsert proqramı ilə çıxış edib

23.05.2018, 05:54 | 60 dəfə oxunulub. 12 14 16 18
Mayın 22-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Argentina Duranın solo konserti olub.
Qafqazmedia.az
Argentina Duran Bakıda solo konsert proqramı ilə çıxış edib
xəbər verir ki, Meksikanın ölkəmizdəki səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.
Konsertdən əvvəl musiqiçi haqqında məlumat verilib. Qeyd edilib ki, A.Duran 7 yaşında Meksikanın Xalapa şəhərində Uşaq Musiqi Sənəti Mərkəzində (Centro de Iniciacion Musical Infantil, CIMI) fortepiano təhsili alıb. Sonralar CIMI Verakrus orkestrində solist kimi çıxış edib. On bir yaşında Verakrus Universitetinin musiqi fakültəsinə qəbul edilib və Xalapa simfonik orkestrinin solisti olmaq üçün keçirilən müsabiqənin qalibi olub. Hazırda fortepiano ixtisası üzrə pedaqoji fəaliyyətlə də məşğul olan A.Duran Meksikanın Milli Konservatoriyasında çalışır.
Konsertdə A.Duran dünya bəstəkarlarının əsərlərini səsləndirib.

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın