Aprel döyüşləri ordumuzun qüdrətinin göstəricisidir

Aprel döyüşləri ordumuzun qüdrətinin göstəricisidir

07.04.2018, 09:35 | 76 dəfə oxunulub. 12 14 16 18
Aprel döyüşləri ordumuzun qüdrətinin göstəricisidir
Aprel döyüşləri ordumuzun qüdrətinin göstəricisidir
07.04.2018 [07:25] MƏDƏNİYYƏT
Bakı, 7 aprel, AZƏRTAC
Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbir Qafqaz Media İctimai Birliyinin ofisində davam edib. İctimai birliyin sədri Azadə Hüseynova, Bakı Dövlət Universitetinin professoru Knyaz Aslan, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Nailə Yusifova aprel döyüşlərinin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu bildiriblər.
Çıxışlarda bu döyüşlərin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, dünyaya bir daha nümayiş etdirdiyi vurğulanıb. Qeyd olunub ki, xalqımızın qəhrəman oğullarının xatirəsi daim qəlblərdə yaşayacaq.

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın