Şəhidlərin qan izidi üfüqlər Ümid Sadədən yeni şeir

Şəhidlərin qan izidi üfüqlər Ümid Sadədən yeni şeir

21.01.2019, 00:47 | 98 dəfə oxunulub. 12 14 16 18
Şəhidlərin qan izidi üfüqlər
Şəhidlərin qan izidi üfüqlər Ümid Sadədən yeni şeir


Bir əsgərin bəd xəbəri yayılır
Ürək solur ümidlər xəstələnir
Bir Ananın köksünə neştər batır
Bir ocağdan nalələr tüstülənir

Arzuların aynası çiliklənir
Qəm-kədərlə necə deyib-güləsən?
Zülümlərin iyrənc iyi yayılıb
Dünya daha nəfəs almır biləsən

Kimi öpər şəkildəki şəhidi
Acıları yata deyə sarılar
Hələ yetim qalan çocuqlar da var
Tabutuna ata deyə sarılar

Hərdən mən də düşüncəsiz oluram
Unuduram özümü başqasında
Haqqı demək məqamı gələn zaman
Axtarmaram sözümü başqasında

Məzlumlara əzab verən zalımın
Məhşər günü olar halı xar inan
Haqsızlığın bədəli yanmaq deyil
Oddan betər işgəncələr var inan

Təpələrdə qarğalar qarıldaşır
Dənizlərim dalğalanır təlaşla
Şeytanlaşmış insan olmaqdan çəkin
Aç gözünü oyan nəfsini daşla

Ömür tamam düşüb əldən, ayaqdan
Çünki ayı, ili kədər daşıdı
Əsən külək deyil, ürək harayı
Yağan yağış deyil könül yaşıdı

Hayqırmalı haqqı vicdan səsimiz
Susmalıdı şər kimi müttəfiqlər
Hər gün səhər səpələnən göylərə
Şəhidlərin qan izidi üfüqlər

Müəllif: Ümid Sadə

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın