Ya Hüseyn

Ya Hüseyn

25.09.2018, 11:58 | 37 dəfə oxunulub. 12 14 16 18
Ya Hüseyn

Mədinədə doğuldun,
Şəhidim Ya Hüseyn.
Yaradandan güc aldın,
Peyğəmbərdən bac aldın.

Zeynəbin gözü ağlar,
Bulaqlar kimi çağlar.
Dilində sözü ağlar,
Vay deyər Ya Hüseyn!

Axıtdılar qanını,
Yezidin daş vicdanı.
Lənətləndi Maviyə
Od yağar Ya Hüseyn!

Əlinin beli sındı,
Ahından səhra yandı,
Zülüm ərşə dayandı,
Odlandı Ya Hüseyn!

İki dünya xanımı,
Ruhu oda qalandı.
Ürəklər parçalandı,
Dil yandı Ya Hüseyn!

Aşura ölüm günün,
Yandırır zülüm günün.
Məzarına Kərbəla
Yas tutub ,Ya Hüseyn!

Dilim yanar dil desəm,
Daim ürəklərdəsən.
Aşiqin Azadəyəm,
İslamın şəhidisən,
Qəbri nur Ya Hüseyn!!!!!

Hacı Azadə-Taleh Abbasqızı
22.09.2018

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın