VƏTƏNİMİN QÜRUR YERİ-VƏTƏNİMİN ŞƏHİD OĞLU (poema)

VƏTƏNİMİN QÜRUR YERİ-VƏTƏNİMİN ŞƏHİD OĞLU (poema)

07.08.2018, 16:49 | 21 dəfə oxunulub. 12 14 16 18
12 avqust Borçalının ər oğlu Təbriz Musazadənin doğum günüdür. Üçüncü ildir ki, onsuz keçirilir ad günü. Eloğlumun ruhuna ithaf etdiyim poemanı bütün şəhidlərin ruhuna ərmağan edirəm.

VƏTƏNİMİN QÜRUR YERİ-VƏTƏNİMİN ŞƏHİD OĞLU
(poema)

PROLOQ

Başkeçiddə göz açmısan,
Çiçəkli dağlar qoynunda.
Yaqubluda ucalmısan,
Unutmaz obalar səni.,

Gözlərin həmişə göydə,
Təyyarələr axtarmısan
Göydə uçan sərçənin də
Təyyarəyə bənzətmisən

Ağ vərəqlər əllərində
Ana Vətən ürəyində
İgid olmaq istəyində
Helihopter düzəltmisən.

Dolanmısan Yastı qarda,
Ömrün keçib intizarda
Könlün qalıb nazlı yarda
Rəbbə ümid bağlamısan.

Pərişanı axtarmısan
Etibarlı dost tapmısan
Əhdinə vəfalı olub,
Sevgilinə bağlanmısan

Ucalmısan qartal kimi
Şəhidliyin zirvəsinə.
Vətənimin ölməz oğlu,
Alqış sənə! Alqış sənə!

Şəhid balam, ölməz ruhun
Əbədiyyət məşəlidir.
Allah sənə dayaq olsun
Məhşər günü cənnətə gir!

Ailəni qoruyacaq
Qadir ALLAH rəhmlidir
El içində hörməti var
Pərişanın sevimli dir!

Dərya tək çağlayan gördüm
Gözlərində bu kədəri
Həsrət gördüm, fəğan gördüm
Ağladı qələm dəftərim

Gəl ağlama Pərişanım
Könlünə həmdəm mən olum
Sən mələksən, insanlıqda
Sənə dayaq qoy mən olum

ALLAH görür, səmalarda
Məzlumlara edir kömək.
Şəhid ruhu müqəddəsdir
Bizimlədir arzu dilək

Ey mənim şəhid Təbrizim
Adın böyük xəritədi
Səmalardan boylanırsan
Ruhun ölməz qərinədi

Etibarlı bir yarın var
Vətənpərvər balaların
Keşiyində dayanıblar
Təmiz andın düz ilqarın

Bitməz şerim,bir dastandı
Şəhid ruhu müqəddəsdi
Vətən eşqi Vətən andı
Əsrlərdən gələn səsdi
***
Başkeçiddə izin qalıb
Ürəklərdə sözün qalıb
Elin səndə gözü qalıb
Vətənimin qürur yeri,
Vətənimin Şəhid Oğlu!

Aprel ayı Şəhid ayı
Əzrayılın hay-harayı
Bilinməyir şəhid sayı
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Helihopter Əzrayılın
Ürəyində min bir arzun
Gülmədi eşqin murazın
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Sən düşmənə od qaladın
Şərəf verdi sənə adın
Təbriz im vətən yolunda
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Duman çən üstünü aldı
Pərişanın sənsiz qaldı
Övladların başsız qaldı
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Uzaq düşdü yolun eldən
Vətən andı ürəyində
Əli gücü biləyində
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Onur gözlərin önündə
Canlandımı xatirəndə?!
Tayfunun qaldı qəlbində
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu!

Kaşki səni görməyəydim
Kədərini bilməyəydim
Ay eloğlu çətin dərddi
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Dondu qanım damarımda
Bu dərddən qəlbim sızladı
Şəhid ruhun qanadlandı
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Adın Vətənə şərəfdi
İgidliyi unudulmaz
Sevəni vətən Unutmaz
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

"Şəhidlər ölməz
Vətən basılmaz"
İçdiyin Vətən andı pozulmaz
Cəfakeş dostların yolundan dönməz
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Mərd ürəkli cəsur Təbriz
Məğlub olmadı amalın
LələTəpə zirvəsində
İşıq saçır cəlalın
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Sən rahatlıq tapammadın
Çəkdin Qarabağ qeyrəti
Borçalıda doğulsanda
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Döyüş yolu zəfər yolu
Ümid dolu sevgi dolu
Şəhidimin hünər yolu
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Əməlində bəyan etdin
Ölməz Vətən sevgisini
Şəhid qanın alınacaq
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Yağı düşmən sevinməsin
Ürəyində öyünməsin
Başlarını əzdin göydən
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Bayrağımı ucaltdılar
LələTəpə zirvəsində
Ruhun Vətən göylərində .
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

Azadə-Talehəm qisas günüdü
Qanını düşməndən alacağam mən
Qızıl hərflərlə Şəhid adını
Şuşa Qalasına yazacağam mən.
Vətənimin qürur yeri
Vətənimin Şəhid Oğlu

***

Epiloq

Sən gedəli Pərişanın ürəyinə
İnan heç nə yatmayıb
Sən aldığın mal-mülk belə
Övladlarına çatmayıb.
Ürəyində sızıltı var,
Gözlərində kədər- qəm.
Tikanlı yollar keçdi
Səni axtarıb gəzərkən.
Doğmaları ona yad ,
Eylədi sadəcə fəryad
Qopardılar qaysaqlanmış yarasını,
Axtardı , tapmadı o evdə doğmasını
Yaxşı ki vətənpərvər övladlar
Yadigar qoymusan,
Təsəlli tapır Pərişan.

Əmanətdir bizə yarın,
Onur, Tayfun yadigarın,
Yaşayacaq uca ruhun
Yaddaşında bu diyarın.

SƏN ölməzlik timsalısan,
Borçalının hilalısan
Sən igidlər ordusunun
Şüarısan, amalısan!

Müəllif hüquqları qorunur
Müəllif Hacı Azadə Taleh Abbasqızı Hüseynova

(Allah rəhmət eləsin, Borçalı qəzetinin bu sayı şəhidimizin ruhuna həsr olunacaq, poemanı orda da oxuya bilərsiz)

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın