Ulu Göyçə mahalımızın Sarıyaqub kəndindən olan ziyalımız, şairimiz Tofiq Hüseynzadənin 1991- ci ilin dekabr ayında ,Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeri.   Heydər Baba, ildırımlar çaxdı, gəl,

Ulu Göyçə mahalımızın Sarıyaqub kəndindən olan ziyalımız, şairimiz Tofiq Hüseynzadənin 1991- ci ilin dekabr ayında ,Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeri. Heydər Baba, ildırımlar çaxdı, gəl,

20.03.2018, 06:26 | 1263 dəfə oxunulub. 12 14 16 18
Ulu Göyçə mahalımızın Sarıyaqub kəndindən olan ziyalımız, şairimiz Tofiq Hüseynzadənin 1991- ci ilin dekabr ayında ,Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeri.
Şeri mərhum şairin övladı Mehdi Hüseynzadə atasının arxivindən təqdim edib. Şeir böyük şair Məhəmməd Hüseyn Şəhriyarın Heydər babaya Salam şeirinə nəzirə kimi Ulu Öndər Heydər Əliyevin şərəfinə 1991- ci ildə yazılmışdır. Müəllif ölkənin dar günündə bu şerlə ulu öndərə müraciət edib xilaskar missiyasını yerinə yetirməyi Xahiş edib. Heydər Baba, ildırımlar çaxdı, gəl,
Ulu Göyçə mahalımızın Sarıyaqub kəndindən olan ziyalımız, şairimiz Tofiq Hüseynzadənin 1991- ci ilin dekabr ayında ,Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeri.   Heydər Baba, ildırımlar çaxdı, gəl,


Heydər Baba, ildırımlar çaxdı, gəl,
Sel yerinə, göz yaşımız axdı, gəl,
Yadlar bizə pis nəzərlə baxdı, gəl,
Qurtar bizi yağıların əlindən,
Qələbəni biz eşidək dilindən.
Heydər Baba, üzündən nur tökülür,
Baxışından dan yerimiz sökülür,
Düşmən görüb, qəddi iki bükülür,
Tanrı səni yaman gözdən saxlasın,
Vətən gülsün, düşmən baxıb ağlasın.
Görmürsənmi, Vətən mülkü talandı?
El-obamız od-alova qalandı,
Səndən başqa hər bir rəhbər yalandı,
Qayıt, gəl millətin başına keç sən,
Qurtar bu zillətdən, desinlər, əhsən!
Köməyimiz göydə Allah, yerdə sən,
Namərdi qov, arxa dayan mərdə sən,
Bu torpaqdan iraq düşmə bir də sən,
Sənsən bizim qeyrət, namus, anmız,
Səndən qeyri, yox cahanda varımız!
Heydər Baba, Vətən yenə dardadı,
El soruşur: - Heydər Baba hardadı?
Cənnətdən də şirin olur yurd dadı,
Bir nərə çək, qoy dəlilər oyansın,
Qan düşmən al-qanına boyansın.
1991 dekabr
Mərhum şairin indi ruhu şaddır,ona görə ki,Ulu Öndər Heydər Əliyevin davamçısı Ölkə Başçısı İlham Əliyev cənabları Müstəqil Azərbaycan naminə yorulmadan çalışır.
Yaşasın Azərbaycan!

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın