Tez gəl, tez gəl Novruzum.

Tez gəl, tez gəl Novruzum.

18.03.2018, 01:25 | 142 dəfə oxunulub. 12 14 16 18
Gül çiçəyin ətir saçır
Novruzum ,gözəl Novruzum
Gəlişin könüllər açır
Tez gəl, tez gəl Novruzum.
Tez gəl, tez gəl Novruzum.


Sən gələndə dünyam gülür
Yaşıl donlu gözəlimsən
Üfüqlərdən nur tökülür
Növrağını sevirəm mən.

Gəl, gəlişin mübarəkdir
Xonça gətir öz əlində.
Qədəmlərin gül çiçəkdir
Sevinc gətir əməlində...

Hacı Azadə-Taleh Abbasqızı
17.03.2018
Bakı şəhəri

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın