Anar tək Dühalar yaşamalıdır

Anar tək Dühalar yaşamalıdır

15.03.2018, 03:37 | 135 dəfə oxunulub. 12 14 16 18
Anar tək Dühalar yaşamalıdır
Anar tək Dühalar yaşamalıdır


Rəsul zirvəsiylə Nigar zirvəsi,
Azəri şeirinin qürur yeridir.
Bir ölməz,qocaman sevginin səsi,
Gənclərin örnəyi,dil əzbəridir.

Bir halal süfrədə,təmiz ocaqda,
Nəsrin ağsaqqalı Anar böyüyüb.
Ana Vətən adlı doğma qucaqda,
Yüz eşqə can verən bahar böyüyüb.

Azadə qızıyam,Ana Vətənin,
Sənətkar -millətin İdealıdır.
Ömrün uzun olsun ey ustad sənin,
Anar tək Dühalar yaşamalıdır.

Hacı Azadə-Taleh Abbasqızı
14 mart 2018-ci il
Saat 22.30

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın