"Mən burdayam İlahi Uzaq yaşıl Ada"da

09.01.2018, 00:38 | 428 dəfə oxunulub. 12 14 16 18
"Mən burdayam İlahi Uzaq yaşıl Ada"da


Mənim Vaqif Səmədoğlum
Dünən,Vaqif səmədoğlu haqqında bir tədbirə getmişdim.Evə gələn kimi köhnə yazılarımı evin üzünə töküb axtarmağa başladım .Uzun illər əvvəl yazdığım bir esseni tapan kimi sevindim


"Mən burdayam İlahi Uzaq yaşıl Ada"da


99 cu illər idi deyəsən .Gənc və özümdən razı ,gələcəyə ümidlə baxan vaxtlarım.Evimizə yeni iki kitab gəldi ."Mən burdayam İlahi", "Uzaq yaşıl ada ".kitabların müəllifi Vaqif Səmədoğlu..Vərəqlədikcə anlayırdım ki şeirlər oxunmur sanki yaşanır.Saatlarca oxudum.Oxuduqca qarşımda yeni insanlar qəribə bir mühit ,yollar pillələr açılırdı .Qəribəsi o idi ki, o dünyada onun dünyasında özümü rahat və xoşbəxt hiss edirdim.Bir yazı yazdım ."Mən burdayam ilahi uzaq yaşıl ada" da. o vaxt Ədəbiyyatda çap olundu ."yaradıcılığıma diqqətinə görə təşəkkür edirəm Aysel balam" imzalı bir kitab göndərdi .Bu kitabı indiyə qədər hər dəfə vərəqləyəndə qəribə bir doğmalıq duyuram .Dünən İncəsənət muzeyində Söz layihəsi çərçivəsində Nigar Həsənzadənin təşkil etdiyi tədbir Vaqifi sevər olan insanları bir yerə yığmışdı .Hamı hər kəs ordaydı.
Mehriban Zəki gözəl bir söz dedi ,şairin öz "heç kimə demə" şeirini əsas tutub dedi ki, Vaqif Səmədoğlu elə burdadı bizim yanımızdadı heç kimə deməyin !
Bir anlıq Anladım ki bu həzin poetik gecə Vaqif Səmədoğlunu burda oturan hər kəsə qısqandırır.heç kim onu bir biri ilə paylaşa bilmir.Çünki, hərənin öz Vaqifi var.
Mənim Vaqif Səmədoğlum,Bakının dar küçələrində fotoaparatıyla gəzən qəribə bir adam idi.Hələ Atam Fikrət Sadıqla onun görüş səhnələrini unuda bilmirəm.Ona böyük bir ata kimi yanaşmağı qayğı ilə halını soruşmağ,onu mənim doğmam edirdi .Onsuzda biz hamımız şeir tərəfdən qohumuq .Doğmayıq,Sonra anladım ki, kimsə səndən öncə sənin yaşantılarını eyni ilə yaşaya bilər və beləcə həyatda yeni sənlər doğular ölər .

Yazdıqlarını içinə gömən şair yaşadıqlarının şəklin çəkməyi sevirdi . Həyatı olduğu kimi qəbul edib hər anını tutmaq istəyirdi musiqi ilə şeir ilə kadr ilə fərqi yox idi .O hisslərə can verən adam idi .
Mənim Vaqif Səmədoğlum ömrünün ahıl çağında sevgisini tapmış bir sevgili .Ömrünün sonuna qədər sevdiyinə məktub yazardı.Çünki sevgi bir insanda özünü tapmaqdı.Kimdə sən daha çoxsan o, sənin əsil sevdiyindi .Bunu hər kəs bu dünyada qazanmır .Hər bəndə Tanrısının yanına ardıyca bu qədər aşıqı qalan kimsəni qoyub getmir.Vaqif Səmədoğlu bütün bunları bacarmışdı .
Vaqif Səmədoğlu uzun müddət çap oluna bilməyib.Çünki o sovet adamının tənhalığından yaza bilməzdi .Yalnız çox keçmir,bəlkə də tək tük şairin timsalında şeirlərində anlayırıq ki,bütün insanlıq əslində tənhadır.Hər insanın öz musiqisi var .O mənim üçün klassik musiqinin cazla sintezi kimidir .Dövrünün və dövründən sonra da gələnlərə düşüncələri cəsarətlə qələmə almağı öyrədir .
Vaqif Səmədoğlu mənə həm də Yaradıcı ailənin sonbeşiyi olmağı ilə doğmadır .
Yalnız o acı günlər ,onun bir şeir parçasında deyilən kimi ,
bəlkə mən ağlayım
sən də bərkdən güləsən ,
qoy eşidilsin həyatın səsi.
Bax o xəstəlik də bu işığa kölgə salan əsil müvəqqəti həyatın səsi idi .Akademik Dram teatrında olan son ad gunu tədbirində onu səhnə arxası görməyə getdim .İçəri keçib, qapıdan ona baxdım yazıçı Anarla oturmuşdu ,üzü gülürdü yalnız ətrafında olan insanlar onu sanki yorurdu . Ağrısını ,xəstəliyini kənara qoyub onunla görüşmək üçün sıralanmışdılar.Birdən birə duydum ki bu izdiham onu incidir .Qapıdan dönüb qaçıb getdim .Yolu gedə gedə düşünürdüm .
Vaqif Səmədoğlu .
Sevgilim mən öləndə
bir küncdə xısın xısn ağlayacaqsanmı sən ?
kimin xarabasında bir damla yaşa dönüb
düşəcəyəm gözündən .
Bu misralarla bütöv bir həyat tarixçəsini yazan adam .Hər kəsin olmağı bacaran həzin insan .Ayrılıq bir dənizdir ,Sən də uzaq yaşıl ada .
Bu dünyada hər kəs olmaq asandır bir kəs olmaq çətin .Həmin kəs Bakının dar küçələrində boynunda fotoaparat .ağ saçlı iri eynəkli görkəmi, danışığı ,rəftarı özündən yaxın və doğma şeirləri yorğun və düşündürən .
Mənim Vaqif Səmədoğlum ..

Aysel Fikrət

Xəbəri dərc etdi: Elgün Seyidzadə
Rəy yazın