Mükafat

Mükafat

09.01.2018, 00:33 | 243 dəfə oxunulub. 12 14 16 18
Mükafat


Ağlar bizə torpaqlar .dağlar dərələr daşlar.
Zinhar edəlim xidmət insanlığa yoldaşlar.
qeyrət a vətəndaşlar hümmət a vətəndaşlar ..
Mirzə Ələkbər Sabir

Mükafat


Allah sənə rəhmət etsin Mirzə Ələkbər Sabir ..Nə qədər uzağı görsən də bu Dövrün yaratdığı yeni tip insanladan nə yaxşı xəbərin olmayıb . Sənə bir az onlardan danışacam.Elə bunu demişdim ki ağlıma bir fikir gəldi.
Dedim bir möcüzə ola bu dövrün ədəbi mühiti ilə o dövrün ədəbi mühiti yerlərini dəyişə.Təsəvvür edin ki Sabir qizil qələm mükafatını hələ almayıb heç xalq şairi də deyil. Bir yandan da yeni şeir yazmağa başlayan yutube bloqeri Mustafa qızılbaşı da gül kimi həyatından aparıb tullayıblar keçmiş dövrə ..yazıq çapalayır orda .Allah uzaq etsin ...dilimdən ağzımdan yel alsın .Dedim heç deməmiş olum .Mustafa dəhşətdir gedib Sabirin də şeirlərin götürüb yazar öz adına .kişinin yanında biabır olarıq. .Qaytardım hər kəsi öz yerinə.Sabir mükafatı neynir .Sabirin elə qələmi qızlldan idi .Sabir Xalqının şairi idi ,yoxsa gəlib bu dövrə çatmazdı .Məni Mustafanın dərdi alıb Mustafanın. Mustafanın heç yerdə yeri yoxdur .özünü necə sübut etsin ..bir iki ondan bir sətir bundan bir sətir cızmaqarası var .odur ki qərara gəldim ki Mustafaya bir mükafat hazırlayım ..
Mükafatnamə ...
Dünyanın dərdi bir yanadır bu mükafatbazların dərdi bir yana .Mustafa bu işdə hələ yenidi .hələ bu işlərin yolunu bilmir .
təqdimatı belə gülməlidir .Bir də görürsən ədəbi məclislərə elə bu sayaq insanlar gəlir .
.Kitabların təqdimatı görünüşü min göz istəyr baxa .Gəlib məqam çatanda kitabın içini açanda ilk sətirdən bilirsən hansı əsərin süjetini Azərbaycanlaşdırıb hələ eləsi var heç onu da etmir elə halda yazır ki kitab böhran yaşayır ,bu düşüncələri sinəsində daşıdığına görə.
.Beləliklə məşhurlaşmağın da öz planı var .Bu yolda olsa olsa sənin köməyinə mükafatların çatar .Sən yazını neynirsən bir ikı cızmaqara var bəsindir .Belə insanlara göydə Allah da çaşıb qalıb .Bir də sənin özəlliyin də olmalıdır . Bağıra bağıra şeir demək bacarığı . Bacarmırsan ? demək ki əfəlsən.
Sən bir o iddialı yazara bax ..elə deyir filankəsəm Filanam .mükafatları da yerindədi.Sən də elə ol . heç nədən hər şey olmaq üzrə peşəkar..bunun da peşəkarı var .
Gül dəstələri içində boy boy şəkillər ..videoçarxlar .
.mükafatbazların bir birinı də mükafat verməyi başqa aləmdir .
Əşşi təki adı yazılsın. İstəyirsən mükafatda yazılsın ki ən yaxşı tenor ifaçısı .kimdir o mükafatı oxuyan bu şairdir nasirdir ya vokalist .əsas odur ki həmin o toplumun içində olmaq qatılıb iştirak etmək .Qərəz sözüm odur ki heç kim öz həyatını yaşamır hamı özgənin sevincini oğraya oğraya yaşayır .Ədəbiyyatın rəngini boğublar səsini batırırlar .Elə onun üçün deyirəm də elə bil son zamanlar bu Ədəbiyata qarışqa daraşıb . Hələ mövzu oğruları .şeir oğrularını .xarici ədəbiyyat ploqiatlarını .demirəm .bir çox ədəbiyyat qruplarını demirəm..Demirəm ha . bu boyda Ədəbi mühitdə çox kiçik və yalnız olmaq çətindir mütləq özünüz kimilərləsə birləşib toplum yaradıb güclənməlisiz.Çünki özünüzü başqa yöndən hec cürə heç qırx iı bundan sonra da ifadə edə bilməyəcəksiz. Başa düşürəm .
Yalnız siz də bilin ki bu işdə mürəkkəblık axtarmaq lazım deyil ,Allahın ,ruhun,istedadın əlində olan işlərdi. Bundan biri yoxdursa kimin yanında gizlənsən onsuz da yarı yolda qalacaqsan.
Söhbətimin sonunda burdan Mustafaya səslənirəm. Ay qardaş gəl mükafatını götür ..ona çərçivə də almışam ..Apar ən görünən yerdən as ..sənin yaradıcılığının təməl daşı qoyuldu ..

Aysel Fikrət


Xəbəri dərc etdi: Elgün Seyidzadə
Rəy yazın