Sevgisiz

Sevgisiz

09.01.2018, 00:26 | 173 dəfə oxunulub. 12 14 16 18
Sevgisiz


Sevgisiz

Bir qocanın qarısını itirdikdən sonra Gözlərində sönən işığında yazıram bu yazını ..
Ha dindirdim dinmədi bir dəfə gülümsəmədi getdi .Bəlkə də qarısının gedişindən sonra sevməyə başladı onu.Ömür boyu incitdiyini unutdu . Onu itirməyin mənası yoxdur .onsuz da o səni ölən günə qədər tək qoymayacaq .
Bir qarının Ərinin ölümündən sonra ardıyca deyinməyidir sevgi .Ürəyində yanan sevgini gileyi ilə əridib sevgisiz edir .Özünü müdafiyə edir .Yalnız faydasız .
köhnələrin heç nəyi yox idi .Yalnız sevgisdi var idi .Yenilərin hər şeyi var yalnız sevgisi yoxdur .
Yeni həyatla uzlaş .Qədimlərdən abırlı bir deyim var "Palaza bürün elllə sürün " .İndi palaz dəbdən düşüb el isə sürünür .çır- çılpaq
Sözləri soyundurub modern söz yaratmağa cəhd edir .günü gündən informasiya çoxluğuna qarışıb içindəki gözəl keyfiyyətlərə ətrafa istehzalı gülüşü ilə təzyiq edir.Özündə insanı öldürür. Yeni texnaloqiyaya açıq insanı yaratmaq üçün . .Yenə də Onu boş həyata tərk etməyin .Ömür boyu özgə həyatı yaşamaq nədir ?
Bu günlər bir söz eşitdim Əsərlərdə yeni insan obrazı yaranmalıdır .Zamana uyğun .Düşünüb daşındım Zaman insanını tapa bilmədim .Anlamadım nə etmək istəyir bu günün sevgisiz insanı ..mən filankəsi oxumuşam əşşi onun yaradıcılığında heç nə yoxdu sevgidən yazır .deyişi ilə nədən imtina edir .
.Dünən 16 yaşlı bir usaq "mən sevən adamın ağıllı düşüncəsinə şübhə edirəm dedi .sevmək ziyandır "
Artıq gec qalmışıq. ilk saf məhəbbəti yaşadığı dövürdə bir uşaq belə deyirsə demək qəddar duyğuları açan bir dünyadayıq artıq .İstəsən istəməsən yaranır insan obrazı .Al götür nə qədər yazırsan yaz içindən nə örnək olacaq mərhəmət çıxacaq nə də sevinc .Sevgisiz savadlı insan isə cəmiyyət üçün daha böyük təhlükədir .
Həyat qəribə bir dalğaya düşüb .Bu dalğa da sosiallaşan toplum özü də bilmədən xeyirxahlığı yox sevgisizliyi təbliğ edir .İnsanlar bir birinə sevgisi ilə yox sevgisizliyi ilə qürurlanır.Elə bil sevən adam artıq ölüm xəstəsi, iradəsi zəif ,qorxaqdır .
Sevməyən insan isə qalibdir ..sağlam və xoşbəxtdir .Bir birlərinə təskinlik üçün ,bu da keçər sən də sağalarsan deyirlər .
Bax belə halbuki özünüzdən necə insan yaratmağa cəhd etsəz belə, dünyanın bütün ağıllı insanlarına bənzəmık istməyiniz, şəxsiyyət yaratmağınız həyatınızda və hisslərinizdə heç nə dəyişmir .hamı hər kəs eyni cür doğulub eyni cür torpağa gedir.Həyat da öz süjetindən çıxmır .Nə olsa da doğulacaqsan . Bir dəfə də olsa an da olsa sevəcəksən .ömür boyu içində işaran sevgin olacaq .onu söndürsən nə olacaq sanki .Ölümünə yaxın kimdən sevgi borc alacaqsan .sənin bu dünyada qazancın odur axı .
Gecəni sabaha qədər gözümə yuxu getməyib sevgim azalır nədi ?
Mən də sizəmi bənzədim artıq ?.Bir birini sevgisizliyə tərk edən insanlar.Niyə sevgisizsən bu qədər deyəndə bəhanə edib kimisə qınamağın nə mənası .Axı dünyada heç kim heç kimi incitmir .insan özü özünü öz gözləntiləri ilə incidir .
Hər şeydən imtina edən insan içinə elə bir quyu qazmış olur ki Nə olsa belə sonra onu o quyudan çəkib çıxara bilmirsən.
Gözlərin, Əllərin ,ürəyin kimi vacibdir sevgi .Sevgisi az olan adam Anasının qayğısını belə doğru çəkə bilmir .Dostun qeydinə qala bilmir .Yaxşı övlad yetişdirə bilmir .Sevgisizlik müharibələrə səbəbdir .Sevgisizlik qəddarlığın terrorun təməlidir .Dünyanl idarə edən işıq sevgidir ,Dünyanı məhv edən qaranlıq sevgisizlik .
Mən özümdə bilmədən kimisə incitmişəm sevgili ya sevgisiz fərq etmir .İncitdiyim üçün gunahım öz sevgimi azaldır .Mən canımı götürüb sevdiyimdən qaçmışam dərdi məni yaşamağa qoymurdu fərq etmir olan öz sevgimə olur .Mən dostumu öz səhvləri ilə baş başa qoyub getmişəm qayıdıb onu bağrima basa bilmirəm onun sevgisizliyi məni ondan ayırıb fərqi yoxdur mənim ürəyim sızlıayır .mənim sevgim zədələnir.
Mən arxamda bir sürü insan qoymuşam mənə sevgisizlik öyrədən
Yalnız əslində ürəyimdə o sevgini qorumaq üçün hər kəsdən getmişəm demək Nə qədər yalnış . Harda olmağından asılı deyil.Nə olursa olsun Sevdiklərinizi tərk etməyin .Siz edərsiz ruhunuz əsla ayrı düşməz .
Bütün dünya hamı hər kəs eyni duyğunu yaşayır kimi susur qısqanclıqdan kimi isə danışır .Əslində bu dünya artıq sevgisiz.Artıq ona sevgi aşılamaq .arzulamaq gecdir .
Gələcəyin insanı inanılmaz çox informssiyası olan sevgisiz insandır .Qəbul edirəm sizi belə sevgisiz .Bir birinı yalanlayan .Qəbul edirəm sizi qürur altında təkıbbürünü gizləyən .Qəbul edirəm sizi mərhəmətə sevgiyə artıq ikiüzlülük adı verən .Qəbul edirəm sizi özü bir damla sevgi bəxş edə bilmədən ətrafı qınayan .Qəbul edirəm sizi həyatda var dövləti ,baş dincliyini sevgisiylə dəyişən. Gələcəyini sevgisizliyiə aparan gözlərinizə baxıb bumbuz soyuq əllərinizə toxunub yenə də məşhur "Buz şahzadə "nağılındakı kimi ürəyinizdəki buzun əriyəcəyinə ümidliyəm .Mənə dəli kimi baxın nifrət edin ,kin bəsləyin ,gülün .onu isə itirməyə tələsməyin !
Tanrı da sevgidir ..

Aysel Fikrət .

Xəbəri dərc etdi: Elgün Seyidzadə
Rəy yazın