İstanbulda 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara..” adlı tədbir keçirilib…

İstanbulda 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara..” adlı tədbir keçirilib…

06.04.2019, 21:41 | 142 dəfə oxunulub. 12 14 16 18
İstanbulda 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara..” adlı tədbir keçirilib…
İstanbulda 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara..” adlı tədbir keçirilib…
İstanbulda 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara..” adlı tədbir keçirilib…
İstanbulda 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara..” adlı tədbir keçirilib…


Qafqazmedia.az bildirir ki, Türkiyənin İstanbul şəhərində Azərbaycan Gənclərinin İstanbul Hərakatının (AGİH) və İstanbul Medipol Üniversiteti Türk Dünyası Araşdımaları klubunun birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımına həsr olunmuş “Azərbaycan, Qanayan Yara” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Himni və İstiqlal Marşı səsləndikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və 31 Mart Soyqırımını əks etdirən video çarx nümayiş olunub.

Daha sonra erməni terrorizmi haqqında çıxışlar olub. Çıxış edənlər arasında İstanbul Aydın Üniversitetinin İctimai Elmlər İnstitunun müdürü Prof.Dr. Raqip Kutay Karaca beynəlxalq təşkilatların erməni məsələsinə yanaşmasından və bu təşkilatların verdiyi qərarların icra olunmamasından, politoloq Ramiyə Məmmədova Ermənistanın ideoloji politikasından, Sağlıq Elmləri Universitetinin Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Xəzər Döş ermənilərin Türkiyədə və Azərbaycanda törətdiyi soyqırımlardan, Gənc şair, Azərbaycan Gənclərinin İstanbul Hərakatının İdarə Heyətinin üzvü Qabil Ədalət Dağlıq Qarabağda məhv edilmiş tarixi abidələrimizdən və AGİH-in rəhbəri Rəşad Rza Azərbaycana qarşı yönəlmiş Erməni Terrorizmindən bəhs ediblər.
Anım mərasimində ictimai təşkilatların nümayəndələri, tanınmış ziyalılar, elm xadimləri, yazıçılar, mətbuat nümayəndələri, AGİH-in fəalları , və tələbələr iştirak ediblər.
Tədbirin sonunda 31 Mart Soyqrımını əks etdirən foto şəkillər sərgilənib.
Günay Nəriman

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın