Gülnarə Qocayeva-Məmmədova -60

Gülnarə Qocayeva-Məmmədova -60

04.02.2019, 14:00 | 116 dəfə oxunulub. 12 14 16 18
Təbrik edirik!

Gülnarə Qocayeva-Məmmədova -60
Gülnarə Qocayeva-Məmmədova -60
Gülnarə Qocayeva-Məmmədova -60
Gülnarə Qocayeva-Məmmədova -60
Gülnarə Qocayeva-Məmmədova -60


Dünən Gürcüstanda, Azərbaycanda, Türkiyədə, eləcə də bütün Türk dünyasında adı çəkilən və məşhur olan hörmətli Doc. Dr Gülnarə Qocayeva-Məmmədovanın 60 illik yubileyini təntənəli şəkildə, dostların, qohumların, yaxın və uzaqlardan gələn qonaqların əhatəsində böyük sevinclə qeyd etdik. Biz fəxr etdik ki, bu gün məhz Gülnarə xanımın adı ilə söz dedik, , könlümüzdən, ürəyimizdən gələn və illərlə ürəyimizdən keçən xoş kəlmələri süzdük və Doc. Dr. Gülnarə Qocayeva-Məmmədovun 60 illik yubileyinə ünvanladıq.

Doc. Dr Gülnarə Qocayeva-Məmmədova görkəmli ədəbiyyatşünas alim Prof. Dr. Şurəddin Məmmədlinin həyat yoldaşıdır. Hazırda hər iki alim Türkiyənin məşhur Ərdahan Universitetində dərs deyirlər. Uzun illər pedaqoji sahədə çalışaraq öz zəngin təcrübələri ilə gürcü dili və ədəbiyyatını peşəkar müəllim olaraq tələbələrə öyrədirlər!

Dəfələrlə Türkiyənin Qars, İstanbul şəhərlərində keçirilən simpoziumlarda mən də iştirak etmişəm və həmin tədbirlərdə həmişə, hər zaman Gülnarə xanımı və Şurəddin müəllimi bilikli, savadlı bir alim olaraq başda görmüşəm.

Bu gün Gülnarə xanımın Ad Günü bizim üçün qızıl hərflərlə yazılmış bir tarix oldu və mən Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi adından Gülnarə Qocayeva-Məmmədovanı Gürcüstan-Türkiyə arasında təhsil sahəsində göstərdiyi təqdirəlayiq xidmətlərə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə diplomla təltif etdim.

Prof.Dr. Mahmud Kamaloğlu da ürəyindən keçən xoş sözlərlə yubilyarı təbrik etdi. Şurəddin müəllim isə kövrək hisslərlə illərlə bir yaşadığı həyat yoldaşına gənclik illərində yazmış olduğu şeirini oxuyaraq məhəbbətlə yazılmış şeir parçasını məclis əhlinə bir də xatırlatdı.

Tədbirdə hamı, qoca da, yaşlı qadın da, uşaqlar da, bütün ziyalılar da Gülnarə xanımın 60 illik yubileyini təbrik edərək, ona can sağlığı, uzun ömür və təqdirəlayiq işlərində daha böyük uğurlar arzuladılar.

Qeyd edək ki, Gürcüstanda alim adına layiq görülən Gülnarə Qocayeva-Məmmədova illər uzunu Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin tarixinə aid yazdığı elmi işi ilə, kitablarda, qəzet və jurnallarda dərc olunan onlarla məqalələrilə tarixin səhifələrinə mənal iz qoyub. O, ilk dəfə azərbaycanlı alim kimi Gürcüstanda fəaliyyət göstərən ana dilli məktəblərimizin tarixini yazıb və məhz bu kitablarla və mənalı fəaliyyətilə yaddaşımıza hopub.

60 illik yubileyiniz mübarək, Gülnarə xanım! Yüz yaşayın!

Sizə böyük hörmətlə,
Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar Jurnalisti

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın