Tayvan turizm Ankarada tanıdıldı

Tayvan turizm Ankarada tanıdıldı

15.08.2018, 10:48 | 33 dəfə oxunulub. 12 14 16 18
Tayvan turizm Ankarada tanıdıldı

JUHİ Ankara Bürosunun verdiyi məlumata görə, Tayvan Turizm Bürosu və Taipei İqtisadi və Mədəniyyət Missiyası
Ankarada iş birliyi çərçivəsində Tayvan Turizm Təqdimat Günü fəaliyyəti təşkil edildi.

Taipei iqtisadi və mədəni missiyasının nümayəndəsi, Tayvan Turizm Bürosunun direktoru Yasa Tai-Hsiang Cheng, Tailand Turizm Bürosunun etdiyi şərhə görə, fəaliyyət 31 İyulda Grand Ankara Oteldə keçirildi. Trust Lin və Türkiyədən Mita rəhbərliyi və üzvləri Ramazan Çakır (CARANNİ, BİYOFLORA Ətraf Biyogaz TEXNOLOGİYALARI XARİCİ Ticarət Sənaye LİMİTED ŞİRKƏTİ), Kamal Güleç (TANPEX) Seyfəddin Boğazlı (SRS Over), Hande Topbulut və bir çox sayda iş adamı qatıldı.

Tayvan turizminin tanıtımının edildiyi fəaliyyətdə danışan Lin, Tayvandan Türkiyəyə gələn turist sayının hər il orta hesabla 80 min olduğunu ifadə etdi.

Türkiyədən Tayvana gedən turist sayının da gedərək artdığına diqqəti çəkən Lin, Türk Hava Yollarının (THY) İstanbul-Taipei birbaşa uçuşları sayəsində bu ədədin daha da artacağına inandığını qeyd etdi.

Dr. Lin, paket turunu təşkil etmək istəyən bütün Türk agentlərinə kömək etməyə hazır olduqlarını ifadə etdi.

THY'nin Türkiyə ilə arasında beş saat fərq olan bu ölkəyə birbaşa uçuşları var. Əlavə olaraq, Tayvana nəqliyyat Bangkok, Hong Kong, Sinqapur, Kuala Lumpur və Dubay vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Türkiyə və Tayvan arasında 2015-ci ildə qarşılıqlı pulsuz e-viza tətbiqi başlamışdı.
Bu tətbiq sayəsində Türk turistlərin Tayvana səfəri daha da artmışdı.



Ülkər Piriyeva
Qafqazmedia.az. az-ın Türkiyə təmsilçisi
Ankara

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın