Samsunda Kapıkayafest yamac paraşüt nümayişləri ilə başladı.

Samsunda Kapıkayafest yamac paraşüt nümayişləri ilə başladı.

15.08.2018, 10:45 | 30 dəfə oxunulub. 12 14 16 18
Samsunda Kapıkayafest yamac paraşüt nümayişləri ilə başladı.

Samsunun Bafra ilində II. Beynəlxalq Kapıkaya Təbiət İdmanları və Mədəniyyət Festivalı Kapıkayafest rəngli nümayişlərlə başladı.

Samsun Valiliyinin himayədarlığı, Bafra Kaymakamlığının dəstəkləri, Samsun Böyükşəhər Bələdiyyəsi və Bafra Bələdiyyə tərəfindən təşkil edilən bu il ikincisi təşkil edilən Kapıkayafest Almaniya, Fransa, İspaniya, İran, İtaliya və Böyük Britaniya kimi bir çox ölkədən idmançıya ev sahibliyi edir.

Bafra Kapıkaya mövqeyində olan festival sahəsinə gələn təbiət sevərlər və idmançılar çadırlarını qurmağa başladı. Böyük maraq görən festivalın ilk günündə, dünyaca məşhur yamac Paraşütçüləri sınaq uçuşu, Kızılırmak'ta Jet Boat turu, kəndir üstündə getmə (Slackline) böyük maraq gördü. 2018-ci il 25-29 iyul tarixləri arasında 5. gün II. Beynəlxalq Kapıkaya Təbiət İdmanları və Mədəniyyət Festivalında Foto Safari, Bambuk Sal, Vuruşan Su Botu, Salto trambolin, Zıpzıp trambolin, Paintball Poligon, Təknə səfərləri, ənənəvi sənətkarlıq Atelyələri (HasırKırpık KilimZenbilHediyelik İmalatı Sanatsal Fəaliyyətlər), ATV Safari, Kızılırmak Təknə səfərləri, yamac Paraşütü və Akrobat nümayişi, Microlight Xalq Uçuşları, Kəndir üstündə getmə (Slackline) fəaliyyətləri ilə qonaqları adrenalin yaşatmağı hədəfləyir.

Ülkər Piriyeva
Qafqazmedia.az saytının Türkiyə təmsilçisi
Ankara-Samsun

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın