İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyində Cumhuriyyətimizin 100 illiyi qeyd olunub

İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyində Cumhuriyyətimizin 100 illiyi qeyd olunub

10.06.2018, 11:48 | 62 dəfə oxunulub. 12 14 16 18
İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyində Cumhuriyyətimizin 100 illiyi qeyd olunub

İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd edib.
Bu barədə Qafqaz Medianın Ankara nümayəndəliyi məlumat verib.
Tədbiri giriş sözü ilə açıq elan edən İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin Baş Direktoru Mehmet Tütünçü 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu diqqete çatdıb.
Azərbaycan və Türkiyə arasında qısa bir müddətdə əldə edilmiş uğur və birləşmə, sarsılmaz olan qardaşlıq əlaqəmizin sanki bir dəmir halqaları deməkdir. Bundan sonra da ölkələrimiz arasındakı qardaşlıq bağı daha da möhkəmlənəcək və yüksələn xətlə inkişaf etməyə davam edəcəkdir deyə bildirib.
Tədbirdə Qafqaz Media İctimai Birliyinin rəhbəri xanım Azadə Abbas da iştirak edib.
Azadə Abbas 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şuranın Tiflisdə Azərbaycanın müstəqilliyini elan etməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövrü, 1920-ci ilin aprelin 27-də 11-ci Qızıl Ordunun müdaxiləsi və 71 il sonra isə Azərbaycanın dahi lideri Heydər Eliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsi haqqında danışıb.
Tədbirin sonunda, Qafqaz Media İctimai Birliyinin rəhbəri xanım Azadə Abbas İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin Baş Direktoru Mehmet Tütünçü tərəfindən Təşəkkür Bəlgəsi ilə mükafatlandırılıb.
Ülkər Piriyeva
ANKARA

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın