Türk Dünyası  Parlamentləri Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib

Türk Dünyası Parlamentləri Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib

30.05.2018, 03:32 | 124 dəfə oxunulub. 12 14 16 18
Türk Dünyası Parlamentləri Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib

Türk Dünyası Parlamentləri Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib
Gün münasibətilə millət vəkili Nail Çələbinin rəhbərlik etdiyi nümayəndə heyəti Cümhuriyyət alovunu 100 il əvvəl yandıran dövlətin qurucu lideri Məmməd Əmin Rəsulzadənin Ankara Cebecidə yerləşən qəbrini ziyarət edib.
Qəbirə çələng qoyan heyət, Rəsulzadəni rəhmət və minnətdarlıqla xatırlayıb.
Birlik Sədri Nail Çələbi, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Türkiyə Cümhuriyyətinin ilham mənbəyi olduğunu deyib.
Rəsulzadənin Böyük bir lider olduğunu vurğulayan Nail Çələbi; "23 ay ərzində demokratik və çoxpartiyalı respublikanın ən gözəl nümunəsini verdi. Latın əlifbasını gətirdi", deyə vurğulayıb.

Nail Çələbi, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xüsusiyyətini isə belə xarakterizə edib.
"Dövlətin milli mənsubiyyəti Türk və dili də Türkcə idi. "
Bu xüsusiyyətləri ilə bugünkü müasir Türkiyənin İlham qaynağını təşkil etdiyini söyləyən Nail Çələbi- böyük öndər Məmməd Əmin Rəsulzadəni rəhmət və minnətdarlıqla xatırladıqlarını dilə gətirib.
Çələbi neçə 100 illərə can Azərbaycan! Ruhun şad, məkanın cənnət olsun, böyük lider! - Sözləri ilə çıxışını tamamlayıb.

Digər tərəfdən, Azərbaycanda xidmət edən Səfir, diplomat, müşavir və nümayəndələr də böyük öndər Rəsulzadənin qəbrini ziyarət edib.
Ziyarətçilər içində Türkiyənin Azərbaycandakı ekssəfiri Hulusi Kılıç, Van millət vəkili Ayhan Çevik, TRT müxbiri, TRT Avaz Telekanal Kordinatoru Yüksel Değercan, TRT müxbiri Cahit Maaç, keçmiş millət vəkili Feramüz Üstün, Türk Dünyası Parlamentlər Birliyi Media ve Xalqla əlaqələr kordinatoru ve Avropa Jurnalistlər Birliyi İdarə heyətinin sədri Adnan Fişenk, EkoAvrasya sədri Hikmet Eren, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Milli Düşüncələr Mərkəzi Dərnək kordinatoru Süleyman Karahan, əməkli Bələdiyyə sədri Ramazan Bekleviç, araşdırmaçı, yazar Güner Dinçaslan, Azərbaycanlı jurnalist Ülkər Piriyeva ve başqaları iştirak ediblər.

Türk Dünyası  Parlamentləri Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib
Hulusi Kılıç - ''Bir dəfə Yüksələn bayraq bir daha enməz''!- şüarının bütün Türk millətlərinin şüarı olduğunu qeyd edib.
Hulusi Kılıç, Türkiyə Cümhuriyyətinin ilham mənbəyinin də Azərbaycan Xalq Cümhuriyyəti olduğunu bildirərək Azərbaycan və bütün Türk dünyasının bu qürur gününü təbrik edirəm. Böyük Lider Rəsulzadəni rəhmət və minnətdarlıqla anıram" deyə ifadə edib.

100-cü ilin mübarək Azərbaycan Cümhuriyyəti!

Ülkər Piriyeva
ANKARA

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın