Müstəqilliyimizi qanımız bahasına qazandıq- Ülkər Piriyeva

Müstəqilliyimizi qanımız bahasına qazandıq- Ülkər Piriyeva

29.05.2018, 03:02 | 50 dəfə oxunulub. 12 14 16 18
Müstəqilliyimizi qanımız bahasına qazandıq- Ülkər Piriyeva
Müstəqilliyimizi qanımız bahasına qazandıq- Ülkər Piriyeva
Müstəqilliyimizi qanımız bahasına qazandıq- Ülkər Piriyeva


Müstəqilliyimizi qanımız bahasına qazandıq. Ona doğru pillə-pillə, zaman-zaman yol aldıq. Beləliklə, bu addımlardan başladı müstəqilliyimizin parlaq yolu.
1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti tamamilə demokratik prinsiplər əsasında yarandı ve fəaliyyət göstərdi.
Olduqca gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və başqa sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin unudulmaz səhifəsidir.

Qeyd edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - məhz Respublika Günü kimi qeyd edilir.

100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə oldu. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu.
Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına da nail olmuşdu.
Bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin bir şəraitdə fəaliyyət göstərmişdir.
Azərbaycan üçün çətin və mürəkkəb olan 1918-ci ildə yalnız Türkiyə dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Belə ki, bu yardım erməni millətçilərinin və onların havadarları olan bolşeviklərin Azərbaycanın tarixi taleyi üçün təhlükəli cəhdlərinin həyata keçirilməsinə mane olmuşdur.
1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun yaşadığının en mükəmməl formada təsdiqi oldu.
Beləliklə, 27 il əvvəl, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin parlaq, yeni mərhələsinin başlanğıcına qədəm qoydu.
Yarandığı gündən həmçinin dövlət rəmzlərinin yaradılmasına xüsusi əhəmiyyət verən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da türkləşməyin, islamlaşmağın və müasirləşməyin rəmzi kimi yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayrağın təsdiq edilməsi barədə qərar qəbul olundu.

Bununla da, Azərbaycan Xalqının təkidi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər aradan qaldırıldı.
Qeyd edək ki, bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib. Önəmli nüanslardan biridə odur ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Respublikamızda keçirmələri, bugünlərdə böyük təntənə ilə başa çatmış, beynəlxalq ictimaiyyətin diqqətini respublikamıza cəlb etməkdədir.

Bu gün Azərbaycanda olduqca nəhəng enerji layihələri həyata keçirilməkdədir. Artıq Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.

Bununla belə müxtəlif sivilizasiyaların məskəni olan Azərbaycan öz tarixi missiyasını davam etdirir və Qərblə Şərqi mükəmməl şəkildə bir arada tutur və doğmalaşdırır.

Ülkər Piriyeva
Ankara
(Hacettepe Siyaset Bilimi ve Kamu Yönetimi telebesi)

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın