EkoAvrasya sədr müavini Kemal Kurnaz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqda danışdı

EkoAvrasya sədr müavini Kemal Kurnaz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqda danışdı

29.05.2018, 02:48 | 87 dəfə oxunulub. 12 14 16 18
EkoAvrasya sədr müavini Kemal Kurnaz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqda danışdı
EkoAvrasya sədr müavini Kemal Kurnaz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqda danışdı




2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu.

Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin

yaddaşında Azərbaycan xalqının tarixinin ən möhtəşəm səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində müstesna rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, qardaş xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin əvəzsiz xidmətlərini qeyd etmədən keçə bilmərik.

Belə ki, 100 il əvvəl cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış qardaş Azərbaycan xalqının milli azadlıq mübarizəsinin uğurlu nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi.



Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələrin , səriştəsizliyi az qala bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Lakin Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, Bununla da, Azərbaycan xalqını rifaha qovuşdurdu

Burada, ulu öndər Heydər Əliyevin vaxtilə demiş olduğu sözləri də xatırlamadan keçə bilmərik: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əziz və dəyərlidir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir”.



Qeyd edim ki. hal-hazırda qardaş ölkə Azərbaycanda gedən inkişaf prosesləri, Azərbaycan dövlətinin dünyada artan nüfuzu məhz, müstəqilliyinin bəhrəsidir.

Bu gün Azərbaycan öz mövqeyi, sözü və sözünün kəsəri olan bir ölkədir. Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi ölkənin müstəqilliyini daha da möhkəmləndirir.

100-cü il Cümhuriyyətin qutlu olsun qardaş Azərbaycan!

Kemal Kurnaz -EKOAVRASYA sədr müavini

Ülkər Piriyeva

ANKARA

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın