Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru Trampa etiraz etdi, istefa verdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru Trampa etiraz etdi, istefa verdi

12.05.2018, 16:59 | 88 dəfə oxunulub. 12 14 16 18
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru Trampa etiraz etdi, istefa verdi


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə potensialı üzərində nəzarətə cavabdeh olan baş inspektoru Tero Varyoranta istefa verib. Hesab edilir ki, o, ABŞ Prezidenti Donald Trampın İrana dair sazişin qüvvəsinin dayandırılmasına yönələn qərarına etiraz əlaməti olaraq bu addımı atıb.

QafqazMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BAEA-nın nümayəndəsi mayın 11-də axşam saatlarında bildirib. O, istefanın rəsmi səbəblərini açıqlamayıb, amma qeyd edib ki, qurum öz işini "yüksək peşəkarlıqla” görməyə davam edəcək.

BAEA-nın saytında yerləşdirilən bəyanatda deyilir ki, BAEA-nın baş direktorunun müavini T.Varyoranta nüvə təhlükəsizliyi departamentinə başçılıq edirdi. Nüvə enerjisi sahəsində mütəxəssis, 1997-ci ildən nüvə təhlükəsizliyi departamentində işləyən Massimo Aparo onun vəzifələrini müvəqqəti icra edəcək. M.Aparo 2016-cı ilin martından İranın atom proqramı ilə məşğul olan bölməyə rəhbərlik edir.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın