Dünyaca məşhur Türk Modaçı – ”Oksford Sokrates” mükafatlı Mehmet Sait Dalmış

Dünyaca məşhur Türk Modaçı – ”Oksford Sokrates” mükafatlı Mehmet Sait Dalmış

09.05.2018, 00:47 | 923 dəfə oxunulub. 12 14 16 18
Dünyaca məşhur Türk Modaçı – ”Oksford Sokrates” mükafatlı Mehmet Sait Dalmış
Dünyaca məşhur Türk Modaçı – ”Oksford Sokrates” mükafatlı Mehmet Sait Dalmış


Bugünki müsahibimiz dünyaca məşhur Türk Modaçı - Oksford Sokrates mükafatlı Mehmet Sait Dalmışdır.

Bizə özünüzdən bəhs edərdiniz?

- İlk, Orta və Lisey təhsilimi Cizrədə tamamlamışam.

Liseydən sonra İnsanların hal və hərəkətləri geyim tərzləri diqqətimi çəkdiyi üçün bəzi insanların həyatı boyunca bir-iki rəng paltar geyindiyini, bəzilərinin isə özü kimi rəngarəng geyindiyini fərq edərək psixologiyaya maraq saldım və psixologiya oxumağa qərar verdim.
Eyni zamanda, 2013-ci ildə Makedoniya Avropa universitetinin hüquq fakültəsini oxumağa başlamışdım.

2017-ci ildə uğurlu bir şəkildə məzun oldum, hazırda Kosovo İlliria Kral Universiteti Cəza hüququnda magistratura oxumaqdayam.

Bitirdikden sonra vekil olaraq çalışmayı düşünürsünüzmü?

- Bitirdikdən sonra vəkillik etməyi düşünmürəm, təkcə oxumağı xobbi halına gətirmişəm.

Başqa hansı uğurlarınızdan danışardınız?

- 2000-ci ildə yaşadığımız yer olan Cizrədə Sığorta şirkəti yoxluğunu fərq edib oraya ilk sığorta şirkətini gətirmişəm. Regionda səlahiyyətli olan sığorta şirkətində satış uğurlarıma görə Türkiyə 2-ciliyi və dəfələrlə Cənub Şərqi Anadolu Region 1-ciliyi mükafatları almışam.

Bugünədək hansı ən böyük mükafatınızdan danışmaq istərdiniz?

- Həyatımda etmiş olduğum intizamlı işlərə görə birdən çox mükafat almışam.
Bunlardan ən əhəmiyyətlisi İngiltərə Oksford Sokrates Qiymətləndirmə Komissiyası tərəfindən əvvəlki illərdə Türkiyə Cümhuriyyəti Prezidenti Abdullah Gül və Rusiya Baş Naziri Viktor Çernomirdinin layiq görüldüyü Mükafatı, İngiltərə Oxford sarayında təşkil olunan mərasimlə Komitə şurası tərəfindən alınan qərarla, iki nominasiyada ən yaxşı brend, ən yaxşı idarəçi mükafatı laureatı olan 'Oksford Sokrates' adlı qızıl mükafatı laureatı və qızıl medalına layiq görülmüşəm. Oksford Sokrates Liderlər Sammitinin İştirakçıları, 33 ölkədən İş Adamları, Elm Adamları, Siyasətçilər, Diplomatlar və Alimlər olmuşdular.

Qeyd edək ki, Oksford Sokrates Mükafatı Yüksək Təhsil və İntellektual İnkişaf Sahəsində Verilən Dünyanın Ən Nüfuzlu Mükafatı Laureatıdır.

Moda ilə bağlı hər hansı bir şəxsi brend-şirkətiniz varmı?

- Modaya olan istəyim ilə bir çox uğurlu işə imza atmışam, bunların sırasında sonra da - Laleto tikiş emalatxanasını açaraq, istehsala davam etdim. Hazır geyim sektorunda Türkiyə və Avropa ölkələrinə satış edirəm.

Moda ilə bağlı hansı ölkələrlə iş gördünüz?

- Təxminən 2 ildir ki, çox seriallarda gördüyünüz məşhur aktyorları- Avropa, İngilis və İtalyan məşhur modelləri geyindirirəm.

Modada diqqət etdiyiniz əsas məsələlər varmı?

- Xüsusilə sürrealist olaraq modellərimi geyindirirəm. Diqqət etdiyim mühüm bir məsələ də var. Bədənin arzuolunmaz bölgələri üçün texniki hiylələrlə istər model olsun, istərsə də naxış seçimi olsun qüsurları örtməyə çalışıram. Boyu qısa isə uzun boylu göstərəcək, kiloqramlı isə zəif göstərəcək dizaynlar etməyə cəhd edirəm.

Hədəfiniz nədir?

- Hədəfim Dünyada tanınan marka olmaq və məşhur brendlərin arasında bayrağı asmaqdır.

Mehmet Sait Dalmış moda sahəsində "Keyfiyyət və Biznes Prestiji Avropa Qızıl mükafatını da alaraq markasını dünya miqyasında bir daha tesdiqləmiş oldu.

World Business assembly- Dünya Biznes Şurasının Liderlər Sammiti daha əvvəldə G20 Sammitinin keçirildiyi İstanbul Four Seasons Hotelüde Bosphorusda heyata keçirildi.
Dünya Biznes Şurasının Liderlər Sammiti konqresi 35 ölkədən; İş adamları, elm adamları, siyasətçilər, diplomatlar və alimlərin iştirakı ilə baş tutdu. Konfransa gələn xarici qonaqlar və yerli qonaqların geniş tərkibli bir görüşməsi baş verərkən xarici qonaqların İstanbula gələrək şuranın Türkiyə nümayəndələri tərəfindən İstanbulda qonaqlandığını da qeyd etmek isterdim.

Dünya İş Konseyi-Liderlər Zirvəsi, hər il dünya miqyasında müxtəlif şəhərlərdə keçirilir. Bu günə qədər konqresinin təşkil etdiyi şəhərlərdən bəziləri bunlar olub; London, Vyana, Tokio, Berlin, Roma, Paris, Nyu-York olub, 2015-ci ildə də İstanbul ev sahibliyi edib.
Dünya Biznes Şurasının Liderlər Sammiti konfransını ölkə miqyasında 20ye yaxın televiziya kanalı tərəfindən yayınlanarkən təxminən 120 qəzet isə son dəqiqə xəbəri olaraq geniş məlumatlara yer vermişdi.

Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtlarımda xobbi olaraq müasir sürrealist sahədə yağlı boya tabloları çəkirəm.
Bugünə qədər 30-a yaxın peşəkar yağlı boya çalışması etmişəm . Şüur altını tablolara əks etdirdiyimi bildirmeliyəm.

Qeyd edim ki, uzun illər tikinti sektorunda da fəaliyyət göstərmişəm.
Bundan başqa, şəhər sığorta vasitəçilik xidmətləri MMC-nin sahibkarlıq fəaliyyəti ilə də məşğul olmuşam.
Anadolu xaricdə təhsil müşavirliyi MMC-si Və Laleto tekstil sənaye və konfeksiya idxal-ixrac ticarət MMC-lərinin fəaliyyətində İdarə heyəti və direktorlar şurasına rəhbərlik etməkdəyəm.



Müsahibəni hazırladı - Ülkər Piriyeva
ANKARA

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın