Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbə Müdiri Murat Ertaş “24 Aprel Yalançı Erməni Soyqırımı” haqda danışdı

Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbə Müdiri Murat Ertaş “24 Aprel Yalançı Erməni Soyqırımı” haqda danışdı

25.04.2018, 21:41 | 172 dəfə oxunulub. 12 14 16 18
Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbə Müdiri Murat Ertaş “24 Aprel Yalançı Erməni Soyqırımı” haqda danışdı
Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbə Müdiri Murat Ertaş “24 Aprel Yalançı Erməni Soyqırımı” haqda danışdı


Ermənistan niyyətini açıq etmişdir ki, məqsəd sözdə "soyqırım" deyil, Anadolunun və Qafqazın bir hissəsində "Qərb ölkələri"nin "süni peyki" olacaq dövlət qurmaqdır.


Uzun illərdir ki, hər il 24 Apreldə bütün dünyada yaşayan Ermənilər "Erməni soyqırımı" nın ildönümünü qeyd edirlər. Onlar yürüşlər, konfranslar keçirir, sonra da Türkiyə bayrağını oda verirlər (qeyd edək ki, 1915-ci ildə müasir Türkiyə Cümhuriyyəti mövcud olmamışdır).
Yüz il ərzində Erməni diasporu tərəfindən ABŞ və Qərbi Avropa ölkələrində "soyqırım sənayesi" yaradılıb. Çoxsaylı təşkilatlar, qurumlar, liqalar, fondlar və "elmi mərkəzlər" dünyaya yalan dolu "Erməni soyqırımı" haqqında "uydurduqları həqiqəti" çatdırmaqla məşğuldur. Bunun üçün onlar daim kitablar nəşr etdirir, konfranslar və görüşlər təşkil edir, filmlər çəkir və nəşrlərlə fəal çalışırlar.
Ermənistan müstəqil olandan sonra "soyqırım sənayesi" bu ölkədə genişlənmiş və dərin köklər salmışdır. Soyqırım faktoru dünyadakı Erməniləri birləşdirən ən mühüm amildir.
Ermənilər üçün qondarma soyqırım adlandırdıqları 1915-ci il hadisələri təkcə faciə deyil, bu onların dünəni, bu günü və sabahıdır. Bütün dünyada sözdə soyqırımın tanıdılması və qəbulu Ermənilər üçün artıq nəsildən nəslə ötürülən ən vacib məsələyə çevrilib. Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət, hər il on minlərlə erməni vətəndaşını ölkələrini tərk etməyə sövq edir. Buna baxmayaraq, Erməni diasporu hər il on milyonlarla dollar pulu sözdə soyqırımın tanıdılmasına, xarici siyasətçilərin, tarixçilərin və jurnalistlərin satın alınmasına sərf edir.
Nəsildən nəslə Ermənilər öz uşaqlarına Türklərə nifrət etməyi, onların (Türklərin) insan olmadığını öyrədirlər. Bu nifrət 1970-80li illərdə bir neçə Erməni terror təşkilatlarının yaranmasına və terrorçu hərəkətlərə üstünlük verdi. 1970-80-ci illərdə Türk diplomatlarını qətlə yetirən, Avropada və ABŞ-da terror aktları törədən Erməni qatilləri və terrorçuları Ermənistanda milli qəhrəmanlara və milli ibadət obyektlərinə çevrildilər.
Amma gəlin bu məsələni bir neçə yerə bölək və məsələyə daha geniş baxaq.
Birinci ondan başlayaq ki, - 1915 hadisələrinin dünyada soyqırım kimi tanıdılması Ermənistana və Ermənilərə nə verəcək? Erməni millətçi-terrorçu partiyaları olan Hnçak və Daşnaksütun İngiltərə, Fransa və Rusiyanın bu məsələdə ən önəmli kuklası oldu.
Bu partiyaların iştirakı ilə Ermənilərdən ibarət silahlı dəstələr yaradıldı. Bu dəstələr əsasən ölkənin şərqində fəaliyyət göstərirdi. Onların başlıca vəzifəsi cəsusluk, təxribat və terror aktları törətmək idi. Lakin Türk ordusunun cəbhədə olmasından və kəndlərin, habelə digər yaşayış məntəqələrinin konkret müdafiəsiz qalmasından istifadə edən azğın Erməni quldurları Müsəlman kəndlərinə hücum etməyə başladılar.

Erməni silahlı dəstələrinin və müttəfiq ordularına bağlı yaradılan Erməni könüllü hərbi dəstələrinin fəaliyyəti nəticəsində yüz minlərlə Müsəlman (əsasən Türklər ) vəhşicəsinə öldürülmüş, bir neçə milyonu isə doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış, malları qarət edilmişdir. Belə bir şəraitdə ənənəvi üsullarla Ermənilərin ödəsinden gələ bilmədiyini görən Osmanlı hökuməti 1915-ci ildə cəbhəyə yaxın yerlərdən Erməni əhalisini imperiyanın başqa bölgələrinə, yəni müasir Suriya və İraq torpaqlarına köçürmək qərarını alır. Köçürmə ilə yanaşı, İstanbulda və imperiyanın digər böyük şəhərlərində Erməni komitələrinin və digər millətçi Erməni təşkilatlarının rəhbərləri, eləcə də fəal üzvləri həbs olunur, onlardan bəziləri edam edilir. Həbslər 1915-ci il, Aprelin 24-də baş verir. Məhz, bu günü Ermənilər "yalançı soyqırımı" günü kimi görür.
Sizcə, Ermənilərin "sözdə soyqırım" iddialarının məqsədi nədir"?
Toplu məzarlar, bütün soyqırımı və qətliamların faciəli bir rəmzidir. Dünya bunu II. Dünya Müharibəsi zamanı Avropada, 1990-cı illərdə isə Bosniya-Herseqovina və Ruandada gördü. Erməni soyqırımı tezisini müdafiə edənlər, istər Türkiyə daxilində, istərsə də Suriyada bir dənə də Ermənilərin basdırıldığı kütləvi məzar göstərə bilməz. O necə soyqırım ki, qurbanların toplu məzarları yoxdur. Bəs necə oldu da, "Türklər 1915-16-cı illərdə, o zamanın şərtlərində bir neçə cəbhədə döyüşərkən, silah sursat baxımından ciddi sıxıntı yaşadığı zamanlarda 1,5 - 2 milyon Erməni qətlə yetirdi" və bunların heç birinin kütləvi məzarı yoxdur. Erməni Soyqırımı var deyənlər görəsən buna nə deməli?!
Elmi və obyektiv araşdırmalardan, arxiv sənədlərinin açılmasından, ortaq tarixi tədqiqat işlərindən inadla yayınan Ermənistan niyyətini açıq etmişdir ki, məqsəd sözdə "soyqırım" deyil, Anadolunun və Qafqazın bir hissəsində "Qərb ölkələri"nin "süni peyki" olacaq dövlət qurmaqdır. Diasporalarının məqsədi budur. Mübahisə tarixi hadisə olmaqdan kənar qalmış, regional və beynəlxalq siyasi müstəviyə çıxarılmışdır. Bu gün Suriyada dünyanın gözünün önündə Türkiyə və Suriya xalqına qarşı terror təşkilatlarını dəstəkləyən müstəmləkəçi dövlətlər 100 il əvvəl olmuş hadisələr haqqında nə sənəd təqdim olunarsa təqdim olunsun, həqiqət nə olursa olsun, inanmaq istədikləri və əməlləri üçün müvafiq quraşdırmaları, yalanları müdafiə edəcəklər.

Müsahib:TDED Ərzurum Şöbə Müdiri Murat Ertaş
Müsahibeəni hazırladı: Ülkər Piriyeva (Qafqaz Media.az Türkiyə nümayəndəsi)
ANKARA

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın