İlk “Eurovision” mahnı müsabiqəsinin qalibi 94 yaşında vəfat etdi

İlk “Eurovision” mahnı müsabiqəsinin qalibi 94 yaşında vəfat etdi

25.03.2018, 08:24 | 75 dəfə oxunulub. 12 14 16 18
İlk “Eurovision” mahnı müsabiqəsinin qalibi 94 yaşında vəfat etdi


1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmiş ilk “Eurovision” mahnı müsabiqəsinin qalibi – İsveçrənin estrada müğənnisi Lis Assia 94 yaşında Sürix şəhərində xəstəxanada vəfat edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə müğənninin sabiq katibi Jan Ayxenberger “Blick” qəzetinə məlumat verib.
Lis Assianın “Eurovision” mahnı müsabiqəsində ifa etdiyi “Refrain” mahnısı onun karyerasında ən böyük uğur olub. Bu qələbədən sonra müğənnini yarışmaya tez-tez qonaq kimi dəvət ediblər. O, Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsində də fəxri qonaq qismində olub.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın