İsraildə Novruz bayramı qeyd olunub

İsraildə Novruz bayramı qeyd olunub

23.03.2018, 23:25 | 148 dəfə oxunulub. 12 14 16 18
“Azİz” Beynəlxalq Assosiasiyası tərəfindən İsraildə keçirilməsi artıq ənənə halını almış Novruz bayramı ölkədə bir hadisəyə çevrilib. Vaxtilə Azərbaycanda yaşayıb, sonralar İsrailə köçmüş ölkə vətəndaşları bu bayramı səbirsizliklə gözləyirlər. Gecə ilə gündüzün bərabərləşdiyi bu yaz gününə hələ xeyli qalmış onlar sevimli bayramı layiqincə, şadlıqla, ən başlıcası isə “dadlı” qeyd etmək üçün hazırlıq görürlər.
İsraildə Novruz bayramı qeyd olunub
İsraildə Novruz bayramı qeyd olunub
İsraildə Novruz bayramı qeyd olunub
İsraildə Novruz bayramı qeyd olunub
İsraildə Novruz bayramı qeyd olunub
İsraildə Novruz bayramı qeyd olunub
Əslən Azərbaycandan olanlar Novruz bayramını qeyd etmək üçün İsrailin müxtəlif bölgələrindən Kiryat-Yam şəhərinə gələrək, burada Assosiasiyanın şəhər bölməsinin rəhbəri Sevin Hanukayevin sahibi olduğu “Del Mar” restoranında toplanmışdı. Azərbaycan milli mətbəxinin təamları və ənənəvi şirniyyatları düzülən masalar iki dövlətin bayrağı ilə bəzədilmişdi.
Tədbiri açan populyar müğənni, əslən Azərbaycandan olan Sarit Yosef qonaqları ivrit, Azərbaycan və rus dillərində salamlayaraq, əvvəlcə çıxış üçün sözü Kiryat-Yam şəhərinin meri David Even Sura verib. Mer belə təntənəli tədbirdə iştirakından məmnun olduğunu bildirib. Merin müavini, vaxtilə Azərbaycanda yaşamış Adam Amilov çox təsirli və səmimi çıxışında Novruz bayramının onun uşaqlıq xatirələrində necə qalmasından danışıb. O, şəhər sakinlərini, həmçinin tədbir iştirakçılarını yazın gəlməsi münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və tərəqqi arzulayıb.
Novruz münasibətilə təbriklərini çatdıran “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman İsrail və Azərbaycan xalqları arasında olan dostluq əlaqələrinin qorunub saxlanması və möhkəmlənməsi istiqamətində Assosiasiyanın gördüyü işlər barədə məlumat verib. O, tədbirin “Del Mar” restoranında keçirilməsinə şərait yaratdıqlarına görə Sevin və Bəşir Hanukayev qardaşlarına dərin minnətdarlığını bildirib.
Tədbir boyunca qonaqlar Azərbaycan xalq musiqisinin, həmçinin istedadlı müğənnilər – Sarit Yosef və Tomer Əliyevin ifasında səslənən İsrail və Azərbaycan bəstəkarlarının mahnılarının sədaları altında rəqs ediblər.

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın