Gürcüstanda 1 + 4 proqramından istifadə edən şəxslər üçün iş təcrübəsi elan edilib

Gürcüstanda 1 + 4 proqramından istifadə edən şəxslər üçün iş təcrübəsi elan edilib

09.10.2018, 19:01 | 184 dəfə oxunulub. 12 14 16 18
Gürcüstanda 1 + 4 proqramından istifadə edən şəxslər üçün iş təcrübəsi elan edilib
Gürcü dilində "1 + 4" proqramından faydalanan şəxslər üçün iş təcrübəsi elan olunub. 2018-ci il üçün 500 vakant yer ayrılıb. Proqram soydaşlarımız yaşayan bölgələrə də aiddir. Qafqazmedia.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirliyinin aparatından məlumat bildirilib.
Məlumata görə, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirliyi USAID və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyası ilə birlikdə milli azlıq nümayəndələri üçün nəzərdə tutulan layihəni həyata keçirir. Onun məqsədi gənclərin məşğulluğunun yaxşılaşdırılması, onların gələcək karyeralarına töhfə vermək və milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək göstərməkdir.
Layihə 2017-ci ildən dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü ilə həyata keçirilir. "1 + 4" proqramından faydalanan gənclər mərkəzi orqanlarda və yerli özünüidarəetmə idarələrində 1 aydan 6 aya qədər təcrübə keçə biləcəklər.
"Bu, milli azlıq nümayəndələrinin vətəndaş cəmiyyətinə inteqrasiyası və onların iş təcrübəsi prosesində daha z’ngin təcrübə əldə etmək üçün və gələcəkdə təhsili başa vurduqdan sonra işlə təmin edilmək üçün çox yaxşı bir fürsətdir. Layihə çox uğurlu keçdi. Proqramın fəaliyyəti müddətində əldə edilən zəngin təcrübələr bizə bu layihəni uğurla həyata keçirmək üçün əsas oldu. Məhz buna görə də biz əldə etdiyimiz müsbət nəticələr barədə gənclərə məlumat vermək qərarına gəldik”,- deyə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirliyinin şöbə rəhbəri Eliso Lomidze bildirib.
Qeyd edək ki, iş təcrübəsi ilə bağlı gənclərin ərizələrinin qeydiyyata alınması oktyabrın 22-dək davam edəcək. Maraqlanan şəxslər Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirliyinin saytından ətraflı məlumat əldə edə bilərlər.
Xatırladaq ki, "1 + 4 Təhsil Proqramı" abxaz, osetin, erməni və Azərbaycan dillərində ümumi bacarıq imtahanından keçdikdən sonra ali təhsil almaq imkanını nəzərdə tutur. Proqrama əsasən, gənclər bir il gürcü dilində hazırlıq kurslarında təhsil alır və sonra imtahan verdikdən sonra Gürcüstanın istənilən təhsil ocaqlarının müxtəlif ixtisaslar üzrə fakültələrində təhsillərini davam etdirirlər.

Qafqazmedia.az

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın