Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”

Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”

20.06.2018, 13:56 | 42 dəfə oxunulub. 12 14 16 18

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Qafqazmedia.az
Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”
Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”
Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”
Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”
Elmi konfrans: “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər”
xəbər verir ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunan tədbirdə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin "Azərbaycan türk el nəğmələri" (1927) nəşri əsasında “Fortepiano işləmələri” (1928) əlyazma toplusunun təqdimatı da olub.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycan Respublikasında dövlət müstəqilliyinin elan edildiyini bildirib. Akademik həmin müstəqilliyin qazanılmasında Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinin xidmətlərinin olduğunu diqqətə çatdırıb.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin mövzu ilə bağlı çıxışı dinlənilib.
Konfransda “Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində”, “Müasir bədii sənətkarlıq Özbəkistan milli mədəniyyətinin əsası kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti”, “Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov”, “Təsviri sənətdə Cümhuriyyət” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın