Xocalı vəhşəti

Xocalı vəhşəti

26.02.2018, 07:39 | 306 dəfə oxunulub. 12 14 16 18
Xocalı vəhşəti
Xocalı vəhşəti

Müharibə ölüm, dağıntı və dəhşətləri ilə yadda qalır..
Bəzən tarixin elə qanlı-qadalı səhifələri olur ki, onların törətdikləri dəhşətlərdən zaman keçdikcə acı yağır…
Elə Xocalı vəhşəti kimi...
Tarixsə bu günə qədər, Türklərə qarşı edilən soyqırımlarla doludur. Bunlar unudulmamalıdır!
1988-ci ildən başlayan Azərbaycan - Ermənistan müharibəsində Azərbaycan torpaqlarının yüzdə 20-dən çoxu işğal edildi və 1 milyondan artıq insanı köçkün vəziyyətində yaşamaq məcburiyyətində qaldı.
1992-ci il, 26 Fevral gecəsi… arxasına Rus dəstəyini alan Erməni ordusu Dağlıq Qarabağı işğal edərək, Xocalıda yaşayan çoxu silahsız qadın və uşaqlardan ibarət olan yüzlərlə günahsız insanı vəhşicəsinə məhv etdi. Tərifi və izahı mümkün olmayan bu qətliamda təəssüf ki, insanların dəriləri soyuldu, hamilə qadınların qarnı yarılıb, uşaqların cəsədləriylə oyun oynanıldı. Yüzlərlə insan o gecə vəhşicəsinə qətlə yetirildi. Heç kəsin ağlına belə gəlməyəcək işgəncə metodlarının sınandığı bu zülm və qətliam bəşəriyyətin üz qarası olaraq tarixdə və ağıllı vicdanlarda silinməz bir acı kimi öz yerini aldı.
10 milyon əhalisi olan Azərbaycanda bir milyondan çox insan digər bir ifadə ilə, ölkədə yaşayan hər 10 nəfərdən biri qaçqın vəziyyətinə düşdü. Hal-hazırda, köçkün əhalinin ümumi əhaliyə nisbətində ortaya çıxan rəqəm baxımından Azərbaycan dünyanın ən çox miqrant saxlayan ölkəsidir. Azərbaycan torpaqlarının yüzdə 20-si Ermənistan tərəfindən işğal edilib və əhalisinin 1 milyonu öz tarixi yurdları içərisində hələ də, köçkün vəziyyətindədir.
Bununlada qalmadı…
Erməni işğalı Azərbaycanın önəmli miqdarda iqtisadi itkisinə də səbəb oldu. 60 milyard dollar hesablanan bu iqtisadi itki ilə Azərbaycanın bu bölgəsində 7000-ə yaxın sənaye, kənd təsərrüfatı və digər müəssisələri qapadıldı. Belə ki, bu müəssisələr ilə ölkə iqtisadiyyatında ümumi taxıl hasilatının 24faizi, spirtli içki istehsalının41faizi, kartof istehsalının46faizi, ət istehsalının18faizi və süd istehsalının isə 34faizi qarşılanırdı. Habelə, bu ərazidə yerləşən 616 məktəb, 242 uşaq bağçası, 683 kitabxana, 464-dən çox tarixi əsər və muzey, 695 xəstəxana, poliklinika və tibb məntəqəsi, Azərbaycanlıların məskunlaşdığı 724 şəhər, kənd və qəsəbə işğal edildi. Azərbaycanın bu rayonlarının işğalı ilə bərabər ölkənin ekoloji sisteminə əhəmiyyətli miqdarda ziyan vuruldu.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı kəndində 26 Fevral 1992-ci ildə baş verən qətliam, beynəlxalq aləmin cinayət olaraq qəbul etdiyi soyqırım və insanlığa qarşı cinayətlər daxilindəki adlandırmalarla birəbir üst-üstə düşdü.
O qarlı qış gecəsində gülləbarana tutulmuş günahsız insanların o gecənin bağrını yaran harayları qulaqlarına pambıq tıxamış dünya birliyinə çatmadı, eşidilmədi. O haraylar təkcə yerləri deyil, göyləri də yandırdı, çox da ki, bu haraylar yatmış vicdanları oyatmadı...
Bu ədalətsizliyə dünya birliyi hələ də göz yummaqda davam edir…
Lakin biz gənclər ali baş komandanımız cənab İlham Əliyevin yürütdüyü xarici ve daxili siyasətdə hər daim onun yanında, vətənimizə qarşı vəzifələrimizin şüurunda, daim Haqdan yana, ədalətdən yana, məzlumun yanında, zülmün və zalımın qarşısında olmağa davam edəcəyik!
Bizlər bəşəriyyətə uyğun gəlməyən bu erməni zülmünü qətiyyətlə pisləyirik!
Allah Xocalılara rəhmət eləsin!

Şəfa Piriyeva _ Jurnalist

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın