Bz. May 16th, 2021

Kateqoriya: ÖLKƏ

Prezident onlara təşəkkür etdi 12 Punto 14 Punto 16 Punto 18 Punto Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür məktubu ünvanlayıb. Qafqazmedia.az Axar.az -a istinadla məktubun mətnini təqdim edir: “İlk növbədə, Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunmuş obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutmuşdur. Bu xain hücum nəticəsində iki gün ərzində hərbçilərimiz, 20-yə yaxın mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 50-dən artıq mülki şəxs yaralanmışdır. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. Ancaq ordumuzun atdığı qətiyyətli addımlar nəticəsində Ermənistan layiqli cavabını almışdır. Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamıdır. Eyni zamanda, Ermənistan ordusunun mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhşiliyin şahidi olmuşdu. Dünyanın diqqətinin BMT Baş Assambleyasının 75-ci sessiyasına, COVID-19 pandemiyası ilə mübarizəyə yönəldiyi dövrdə Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi avantüra və təxribata əl atması bu rejim tərəfindən beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə münasibətdə sərgilədiyi saymazlığı bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanıyır. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlarımızdan çıxarılmasını tələb edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Bir daha Azərbaycanın haqq işinə göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Hərbi birliyin komandiri general-mayor Hikmət Həsənov açıqlama verib.  Qafqazmedia.az Milli.Az -a istinadla xəbər verir :-Müdafiə Nazirliyinin saytına istinadən generalın açıqlamasını…

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib.Müdafiə Nazirliyindən daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı…

Rauf İlyasoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Məmurların cəsarət edib deyə bilmədiyi Hörmətli İlham müəllim! Bilirəm ki, vaxtinız bəlkə olmayacaq bu…

MİLLİ MƏCLİSİN İCLASINDA 02/06/20 İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib. Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər. Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, komitə sədrləri Səməd Seyidov, Hicran Hüseynova, Tahir Rzayev, Qənirə Paşayeva, Sadiq Qurbanov, deputatlardan Fazil Mustafa, Soltan Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Şahin İsmayılov, Tural Gəncəliyev, Sahib Alıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ramin Həsən, Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı ölkə gündəmindəki önəmli məsələlərdən söz açdılar. Çıxışlarda aqrar sahədə vəziyyət, kənd təsərrüfatının inkişafına dəstəyin artırılması, suvarma sistemlərinin yenilənməsi, qanunların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, sosial şəbəkələrdəki mövcud qanunsuzluqların aradan qaldırılması barədə fikirlər səsləndirildi. Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (3-cü oxunuş) müzakirəsinə başlanıldı. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirdi ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir. Fəzail Ağamalı sənədin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputat həmkarları tərəfindən səsləndirilən təkliflərə münasibətini bildirdi, işçi qrupu tərəfindən dəyərləndirilən təkliflər barədə danışdı. Qanun layihəsi səsə qoyularaq 3-cü oxunuşda qəbul edildi. Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verdi. Bildirildi ki, qanun layihəsinin 2-ci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı millət vəkillərinin verdikləri dəyərli təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğuladı ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi. İclasda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə də (3-cü oxunuş) baxıldı. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirdi ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirdi ki, qanunun əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı millət vəkilləri tərəfindən heç bir yeni təklif qeydə alınmamışdır. Bu sənəd də səsvermə yolu ilə qəbul edildi. Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı. Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsi