Bz. İyn 20th, 2021

Tanıyaq və Tanıdaq layihəsi olaraq kollektivimizlə birlikdə Qafqaz Müsəlmanları Idarəsinin Quşar rayonu üzrə səlahiyyətli nümayəndəsi İmam Hacı Fəryaddin bəylə yaxın qonşuları olan Qusar şəhəri Avaran kənd sakini Şəhid Gizir Pirseyidov Elnur Nasir oğlunu Müqəddəs Ramazan ayında evində olduq,onu böyük hörmətlə yad edərək , andıq .Ailəsi bizi çox hörmətlə qarşıladılar.Valideynləri kədərli olsalarda çox məğrur və qürurla fəxarət hissi ilə gözləri dolurdu.Şəhid Elnur kiçik yaşlarından hərbiçi olmaq arzusu ilə yaşayırdı.Bu arzusu onu igid qəhrəmana çevirdi .Vətən müharibəsində iştirak edib Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəldi igidimiz. İmam Hacı Fəryaddin bəy igid Elnurun ağıllı,tərbiyəli , qorxmaz məğrur igid olmasından bəhs etdi.Şəhidlər unudulan zaman ölürlər xalqımız, dəyərli ziyallılarımız qəhrəman mübariz oğullarımızı heç bir zaman unutmadı unutmayacaqda .Çünki, onlar bizi torpaqlarımıza ,mənliyimizə qovuşdurdular .Biz onlar sayəsində Şuşa məscidində əzan oxuyub, namaz qılıb, dua edəcəyik.Ürəyimiz dağa döndü hər dəfə qələbə sorağını eşitdikcə .Biz sizin kimi dəyərli qəhrəman, mübariz,qorxmaz oğullarımıza borcluyuq.Bütün şəhidlərimizə Allahdan Rəhmət, Qazilərimizə isə uca yaradan Allahdan şəfa və dözümlülük arzulayırıq.Sonda ” Qafqaz- media ” Ictimai Birliyinin sədri Hacı Azadə-Taleh Abbasqızının təsis etdiyi ” Nur üzlü Şəhidim ” medalını , valideyinlərinə təqdim etdik . Ruhun şad olsun igid qəhrəmanımız Elnur!

Şakir Abbas.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir