Bz. İyn 20th, 2021

Könlüm, nə üçün bir bu qədər qəmlərə düşdüm?
Yandın bir oda, sanki cəhənnəmlərə düşdüm.

Yarəbb, elə bil tufan əsir indi içimdə,
Nəğməm zil ikən, titrədi səs, bəmlərə düşdüm!

Məhrum elədi sanki fələk cüt qanadımdan,
Azad quş idim, indisə göydən yerə düşdüm!

Indi gecələr uyqu qaçıb pəncərəmizdən,
Seyr eyləyirəm sübhə qədər, məhşərə düşdüm!

Azadəyəm, indi nə yazım dünyaya dair?
Oldum şeirin Natavanı, dillərə düşdüm!

Hacı Azadə-Taleh Abbasqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir