Bz. May 16th, 2021

11 Ayın Sultanı Müqəddəs Ramazan ayında Qubanın
Əlibəyqışlaq kəndində Şəhid Fətəliyev Səmural Ayaz oğlunun ailəsində 9 şəhid ailəsi ilə görüşdük.Qənirə xanıma “Xarıbülbül”medalını təqdim edərək,onlara,cəmi şəhid ailələrinə Səbr dilədik.Şəhid ailələrinə isə təsəlli olaraq QMİB-nin təsis etdiyi “Nur Üzlü Şəhidim”adlı medallarını təqdim etdik.Şəhid Azayev Sadiq Xubyar oğlu , Şəhid Səfərov Tamerlan Cavad oğlu , Şəhid Mikayılov Rahim Qalib oğlu , Şəhid Xeyrullayev Cəlil Mürvət oğlu , Şəhid Mehdiyev Surxay Zülfü oğlu , Şəhid Sultanov Səlim Sultan oğlu və Vətən Müharibəsi Qəhrəmanı Şəhid Niftəliyev Mehrab Söhrab oğlunu yad etdik ruhlarına Fatihə oxuduq.
Biz “Qafqaz-Media”İB ailəsi olaraq “Tanıyaq və Tanıdaq”layihəsi çərçivəsində şöbə müdirimiz Qubada yaşayıb yaradan xeyriyyəçi müğənni Şakir Abbasa,”Vətən Naminə”Şəhid Ailələrinə Dəstək İB-nin rəhbəri Şəhid Miqdad Faiq oğlunun anası Tünzalə xanıma,QMİB-nin Quba təmsilçilərindən olan tanınmış pedaqoq Caməfər Əliyevə və əməkdaşımız İlqara təşkilatçılığa görə təşəkkürümü bildirirəm.
İftar süfrəsində etdiyimiz duaları Allah qəbul etsin.
Şəhadətiniz Mübarək Nur Üzlü Şəhidlər.!

Mirdaməd Əzizov.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir