Bz. May 16th, 2021

AYLARIN GÖZƏLİ – RAMAZAN AYI

Sevincdən üzlərə təbbəssüm qonar,
Silinər ürəkdən qüssə, qəm-kədər.
Bu rəhmət ayında arzun, niyyətin,
Qəlbində xoş istək, kamına yetər.

Ayların gözəli Ramazan ayı,
Yayır xoş ətrini elə hər səhər.
Gəlib yetişəndə iftar zamanı,
Süfrəyə düzülür naz -nemət, bəhər.

Allahın verdiyi ruzi-bərəkət,
Nuş olur ürəyə, nuş olur cana.
Etdiyin dualar, hər xoş istəyin,
Bu ayda tez çatır, bil, Yaradana !

Mənim də könlümdən oxumaq keçir,
Çıxam səhnələrə çox həvəs ilə.
Sizləri həyatda şad görüm deyə,
Mənim də niyyətim yetsin hasilə !

24.04.2020

Ziba Sevindik

BU AYDAN GÜL-ÇİÇƏK, YAZ ƏTRİ GƏLİR

İlahi eşqiylə coşur ürəklər,
Kama yetir, gözəl arzu-diləklər.
Sevinir bu gündə göydə mələklər,
Günlərin, ayların Sultanı gəlib.

Nur saçır üzlərə Ramazan ayı,
Çoxalır etdiyin savabın sayı.
Süfrədə Tanrının halallıq payı,
Günlərin, ayların Sultanı gəlib.

Bu aydan gül-çiçək, yaz ətri gəlir,
Halal çörək ətri, duz ətri gəlir.
İnsan aram olur, ruhu dincəlir,
Günlərin, ayların Sultanı gəlib.

Kimin ürəyində xoş niyyəti var,
Çatsın istəyinə, olsun bəxtiyar.
Ziba da ürəkdən duyur iftixar,
Günlərin, ayların Sultanı gəlib.

06.05. 2019.

Ziba Sevindik

Allahdı.
Allah o qədər mərhəmətlidir,
Bir tövbə onunçün çox yetərlidir.
Etsən qarşısında min günah əgər,
Yenə seni bağışlayıb əfv edər.
Hər anda çəkdiyim nəfəsimdədir,
Mənim xoş avazım, xoş səsimdədir.
Eşidən Allahdı , görən Allahdır,
Odu da, suyu da ,verən Allahdır !
Qabili, Habili yaradan Allah,
Birində nəf gördü, birində günah.
Elmsiz insana elm bəxş edən,
Məhəmməd adını göyə nəqş edən,
Səcdədə Allahdı, Sübhan Allahdır,
Hikmətli ayeyi-Quran Allahdır.
Düşünən beyinim, həm canım -Allah,
Cahanda həm dinim, imanım -Allah !
Kasıbı hikmətlə çatdırıb vara,
Varlını qəzəblə çəkdirər dara.
Dünyanı yaradan ,tikən Allahdır,
Bəndə qayğısını çəkən Allahdır.
Hər şeyə səbr edib, dözəndi Allah,
Bizdən nə usanıb, bezəndir Allah.
Bizi yatızdırıb, oyadar Allah,
Yuxunu min rəngə boyadar Allah.
99 adı olan Allahdır,
Canı verib, canı alan Allahdır.
Gözəllik bəxş edib hər birimizə,
Ürəkdə saf arzu, saf sevgimizə.
Günahkar kəslərə çoxdur nifrəti,
Xeyirxah insana vardır hörməti.
Dərd verən Allahdı, alan Allahdır,
Həmişə səninlə olan Allahdır.
Yaşadan Allahdı, Öldürən Allah,
Ağladan Allahdır, güldürən Allah !
Ruhumuzu dərgahına aparan,
Son məqamda qiyaməti qoparan,
Bizi diriltməyə qadirdir Allah,
Vahiddi, dünyada çün birdir Allah!
Sevgilim Allahdı, sevgim Allahdır,
Əzəlim Allahdır, ilkim Allahdır.
Cəhənnəm odunda yandıran- Allah.
Cənnəti bizlərə qandıran- Allah .
Köksümdə döyünən ürək Allahdır,
Allahdı, Allahdı ,bir tək Allahdır !!!

Ziba Hüseynova

22.07. 2018

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir