Bz. May 16th, 2021

Şəmkirli Şəhid Elvin Əliyevə ithaf

Ali Baş Komandan dəyərin verdi,
“Vətən Uğrunda” medalın mübarək!
Şəmkirin dəyərli qəhrəmanısan,
Qoy ruhun sevinsin xalq təbrikindən.

“Şəhidlər ölməz,Vətən bölünməz”,
Ərənlər heç zaman yolundan dönməz,
Alışan ocağın alovu sönməz.
Müqəddəs bir əhdin işığındasan!

Zəfər bayrağınla ucada varsan,
Xalqın ürəyində daim yaşarsan,
Tarix yaddaşında unudulmayır,
Vətən qarşısında şəhid olanlar.

Azadə-Talehəm qürur duyuram,
Xalqıma tanıtdın Elvin,adını,
Vətən sevgisinin,Vətən eşqinin,
Göylərdə görürəm sönməz odunu.

Hacı Azadə-Taleh Abbas qızı
18.12.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir