Bz. May 16th, 2021

Şəhid Rəcəb Xalid oğlu Məmmədova ithaf

Nur Üzlü Cavan Şəhidim

Ürəyindən yaralandın
Nur üzlü cavan şəhidim.
Döyüşlərdə düşmənlərə,
Vermədin aman şəhidim.

Yollarına tufan yağdı,
Buludları şimşək yardı.
Düşmən səni nişan aldı,
Nur üzlü cavan şəhidim.

Rəcəb bala sən Ucarda,
Uyuyursan məzarında.,
Anan yanır intizarda
Nur üzlü cavan şəhidim.

Azadəyəm Haqqdı sözüm,
Bərkiyəcək canda dözüm.
Ruhun oyadar gündüzü,
Nur üzlü cavan şəhidim.

Hacı Azadə-Taleh Abbasqızı
12.04.2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir