Bz. May 16th, 2021

Nur Üzlü Şəhidim Miqdad

Gəraylı

Torpağa candan can verdin,
Vətəni canın tək sevdin.
Qarabağa ana dedin,
Nur Üzlü Şəhidim Miqdad.

Gecələri oyaq qaldın,
Səngərlərdə yuva saldın,
Öz andına sadiq saldın,
Nur Üzlü Şəhidim Miqdad.

Nədən yoxluğun göründü
Quba dumana büründü.
Vətən eşqi nə şirindi,
Nur Üzlü Şəhidim Miqdad.

Tünzalə dərdindən yanar,
Faiq yollara boylanar.
Azadə də doğma sanar,
Nur Üzlü Şəhidim Miqdad.

Hacı Azadə-Taleh Abbasqızı
10.04.2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir