Bz. May 16th, 2021

Kollektivimin üzvü Zəngilanlı şəhid Samir Sarıyevə ithaf

Silah aldı əlinə,
Dayaq durdu elinə.
Döndü cənnət gülünə,
Mənim ölməz şəhidim!

Cənnət olsun məkanın,
Fəxri Azərbaycanın!
Nura dönsün cahanın,
Mənim ölməz şəhidim!

Azadə Borçalıyam,
Vətənimdən halıyam.
Könlümdən yaralıyam,
Mənim ölməz şəhidim!

Hacı Azadə-Taleh Abbasqızı
23.12.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir