Bz. May 16th, 2021

Beyləqanlı şəhid Elvin İsmayılova və onun həyat yoldaşı Şəhla xanıma ithaf

Elvin və Şəhla

Görüşdülər təsadüfən
Bu həyatın yollarında.
Nağıl kimi sevgi sürdü
Doqquz aylıq bir zamanda.

Hər şey necə gözəl idi,
Röya kimi, yuxu kimi.
Xoşbəxt olmaq istəyirdi
Sevənlərin çoxu kimi.

Şəhla gözəl gözlü pəri,
İndi necə kədərlidir.
Xatırlayıb o günləri
Qəmli-qəmli fikrə gedir.

İndi Elvin qəhrəmandır,
Döyüşlərdə şəhid oldu.
Ay bu eşqə şahid oldu,
Gün bu eşqə şahid oldu.

Çox sevdilər bir-birini,
Söz verdilər bir-birinə.
Şəhla ümid edir bir gün
Qovuşacaq Elvininə.

Daha ana olmayacaq,
Ailə də qurmayacaq.
İlk və son sevgisi Elvin,
Odur ancaq, odur ancaq!

Gecə keçir, hamı yatır,
Düşünürəm için-için.
Göydə iki ulduz yanır,
Biri Şəhla, biri Elvin.

Hacı Azadə-Taleh Abbasqızı
Beyləqan-2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir