Bz. May 16th, 2021

Tanıyaq və Tanıdaq Layihəsi olaraq Şəhid Məmmədov İsmayıl Fazil oğlunun evində olduq ailəsini ziyarət edib xatirəsini yad etdik.Ailəsi üzgün olsalarda çox qürurlu və fəxarət hissi ilə gözləri dolurdu. İsmayılın həyat yolunu vərəqlədikcə onun həqiqi qəhrəman mübariz qorxmaz igidimiz olduğuna dahada əmin olduq .Kiçik yaşlarından hərbiçi olmaq arzusu onun hətta təhsilini yarımçıq qalmasına səbəb olur. İsmayıl orta məktəbi bitirdikdən sonra Quba Sosial İqtisadi Kollecinin Turizm fakültəsinə daxil olur , hərbi xidmətə könüllü olaraq ərizə yazıb yollanır valideynləri israr etsələr də yolundan döndərə bilmədilər.Vətən sevgisini hər zaman üstün tutur igidimiz.Yevlax rayonunda N saylı hərbi hissədə xidmət edir igidimiz .Vətən müharibəsi başlayandan sonra arzusunun reallaşmasına imkan yaranır .Hər zaman düşmənə nifrət edən qəhrəman mübariz qorxmaz igidimiz İsmayıl Tərtər rayonunun Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş qəhrəmancasına şəhadətə yüksəldi igidimiz . Yaxınları yoxluğuna hələ də inana bilmir . İsmayıl bir evin yox, bir elin qəhrəmanıdır. Onun adını hər zaman bizlər yaşadacıq. Qafqaz-Media İctimai Birliyinin rəhbərliyi başda olmaqla bütün ŞA prodactionun kollektivi adından başsağlığı verib dərin hüznləndiyimizi bildirdik. Məkanın cənnət olsun igid qəhrəmanımız İsmayıl. Sənin qisasını əsgər yoldaşların artıqlaması ilə aldı igid qorxmaz məğrur igidimiz .Bu gün arzusunda olduğun torpaqlarımızı işğaldan azad etdilər.Susuz torpaqlarımız bu gün Suqovuşan rayonunun azadlığı ilə suvarılacaq ,quraqlığa dönmüş torpaqlarımıza sizin qəhrəmanlığınızla can gəldi igidimiz !Ruhun şad olsun qəhrəman mübariz İsmayıl.Adınızla qəhrəmanlığınızla tarix yazan igidimiz qəhrəmanımız səni unutmadıq unutdurmayacıq.

Şakir Abbas.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir