Bz. May 16th, 2021

Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

09.04.2021 [14:02]SƏRƏNCAMLAR

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Allahverdiyeva Lalə İsmayıl qızı

Bağırova Hicran Firudin qızı
Məmmədov Arif Məmməd oğlu

“Əməkdar müəllim”

Həsənov Faiq Paşa oğlu

Məmmədov Fəxrəddin Nərman oğlu
Məmmədova Zemfira Şahnəzər qızı
Ocaqverdi Zadə Elmira Əli qızı

“Əməkdar həkim”

Bəylərov Rauf Oruc oğlu

Pənahov Nazim Adil oğlu
Poluxov Ramiz Şamil oğlu
Şükürov Malik Əvəz oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir