Bz. May 16th, 2021

Quba Xırt kənd sakini Şəhid Baş Cavuş Salamov Taleh Ədalət oğlu . Tanıyaq və Tanıdaq Layihəsi olaraq kollektivimizlə özümüzdə bir mənəvi borc bildik ki ,ailəsini ziyarət edək Talehin əziziz xatirəsini yad edək . 🇦🇿🇹🇷 Talehi yaxınlarının dilindən eşitdikcə dahada yaxından tanıdıq. Atası çox fəxrlə oğlunun qəhrəmanlığından, vətənpərvərliyindən,ailəcanlı olmasından danışdı. Kiçik yaşlarından hərbiçi olmaq arzusu Talehi Kəşfiyyatçı etdi. Onun doğum ili torpaqlarımızın işğalı illərinə təsadüf etdiyindən hər zaman düşmənə nifrət hissi ilə böyümüşdü. Ən böyük arzusu böyüyüb torpaqlarımızı azad etmək idi . Talehinə ikinci vətən müharibəsində iştirak etməkdə yazılmışdı . İkinci vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yaradıb bir çox torpaqlarımızın azadlığı naminə böyük şücaət göstərmişdir. Ailəsi ilə danışarkən kiçik qızını ali təhsilli görmək istədiyini və torpaqlarımızda gəzdirəcəyini söz vermişdi.Amma çox təəssüf ki, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi igidimiz. Bu gün ruhun şaddır igidimiz !Sənin gəzdirə bilmədiyin azad torpaqlarımızda qızın addımlayaraq hər zaman qəhrəmanlığını xatırlayacaq.Alnı açıq məktəb yoldaşlarına söyləyib qürurla səni anacaq. İgid qəhrəman qızı adını ona ən böyük hədiyyə etdin qəhrəman mübariz qorxmaz Məkanın Cənnət olsun igidim ! Sənin qanını düşməndən aldı igid qorxmaz məğrur əsgər yoldaşların .Bu gün bütün alınan torpaqlarımız işğaldan azad olunub şanlı bayrağımız və qırmızı hilal Türkiyə bayrağı ilə birlikdə dalğalanır.Bizdə Qafqaz Media İctimai Birliyinin rəhbərliyi başda olmaqla Ş.A Prodactionun bütün kollektivi adından ailənə səbr diləyirik.Allah rəhmət eləsin qorxmaz, məğrur ,igid Taleh.

Şakir Abbas.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir