Bz. May 16th, 2021

Aprelin 7-də  Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən təhsil menecerləri ilə onlayn görüş keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, layihə rəhbərləri və təhsil menecerləri iştirak ediblər. 

Görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov “Virtual məktəb” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib, 2020-ci ilin aprel ayından etibarən layihədə göstərdikləri səmərəli fəaliyyətə görə təltif edilən təhsil menecerlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra layihə çərçivəsində təhsil menecerlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmış “Virtual məktəb”də yaradılan imkanlardan istifadə üzrə müəllim və şagirdlərə dəstək göstərmək məqsədi ilə təhsil menecerləri fəaliyyətə başlayıb. Hazırda ölkə üzrə 62 menecer “Virtual məktəb” üzrə fəaliyyət göstərir. Hər bir menecer aid olduğu şəhər və region üzrə şagirdlərin ümumi 9 minlik böyük qruplarına, eyni zamanda, müəllimlərin böyük qruplarına nəzarət edir. Böyük şagird qruplarında menecerlər təhsilalanları mərkəzləşdirilmiş tədbir, müsabiqə və yarışlar haqqında məlumatlandırır, təhsillə bağlı material və təlimatları paylaşaraq, ümumi prosesə nəzarət edirlər. Müəllim region qrupları üzrə isə menecerlərin əsas fəaliyyəti təhsilverənlərin platforma üzrə çətinliklərinə kömək etmək, müvafiq təlimatlar vermək və mərkəzləşmiş şəkildə idarəetməni təşkil etməkdir. Təhsil menecerləri eyni zamanda, regional təhsil şöbələri ilə sıx əməkdaşlıq quraraq, region üzrə platforma ilə bağlı olan bütün sualların layihə mərkəzinə çatdırılmasına və qısa zamanda həllinə dəstək olurlar.

Qafqazmedia.Az

Aygün Məmmədova

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir