Bz. May 16th, 2021

Ali Baş Komandan İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın,ordumuzun gücünü göstərən qələbədir

Vətən müharibəsində Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti ilə qazanılan tarixi Zəfər ölkəmizdə ümumxalq sevinci, kapitulyasiya aktına imza atan Ermənistanda dərin məyusluq və depressiya yaratdı. Dünyanın aparıcı ölkələrində hərbi mütəxəssislər, ekspertlər qoşunlarımızın cəbhədə nümayiş etdirdiyi ən modern silahlarına və döyüş texnikalarına diqqət yetirir, hərbi-taktiki yenilikləri incələyirlər…davamı



Mina təhlükəsizliyinin təmin olunmasında peşəkarlıq əsas şərtdir

İstənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Ümumiyyətlə, mina problemi dünyada qlobal təhlükə sayılır. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalayıb. 44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir…davamı



Döyüş hazırlığı Zəfərdən sonra da yüksək səviyyədə saxlanılır

İstehkamçıların təlim-məşqlərini izləmək həmişə ətrafdakılarda böyük maraq doğurur. Döyüşlər zamanı bu ixtisas sahiblərinin üzərinə də böyük və mühüm vəzifələr düşür. Bu mühüm vəzifələri yerinə yetirmək üçün isə, təbiidir ki, istehkamçının hazırlığı, peşəkarlığı yüksək səviyyədə olmalıdır. Peşəkarlıq yüksək səviyyədə olmalıdır ki, qarşıya qoyulan tapşırıq yerinə yetirilərkən, səhvə, qüsura yol verilməsin. Belə bir deyim var ki, istehkamçılar yalnız bir dəfə səhv edirlər. Bu səhvdən qaçmaq üçün isə öz sahənin peşəkarı olmalısan…davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Rus İmperiyasının Qafqaz istilası. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri
Suallar:

1. Azərbaycanın Rusiya və İran arasında parçalanması. Kürəkçay müqaviləsi.

2. İşğala aparan yol. Gülüstan və Türkmənçay müqavilələri…davamı



Qalib ordunun hərbi mundirini daşımaq qürurvericidir

“Dəmir yumruq” əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ömür boyu hafizələrdən silinməyəcək mötəbər hadisələrdən biri oldu. Uzun müddət hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi Böyük Qələbə müjdəsini Azərbaycan əsgəri öz xalqına bəxş etdi.
Məlumdur ki, bəd xislətli niyyətindən əl çəkməyən separatçı rejimin silahlı birləşmələrinin ənənə halını almış təxribat xarakterli addımlarının qarşısı daim ordumuz tərəfindən qətiyyətlə alınıb…davamı



“Azərbaycan Ordusu” qəzetinin tam variantı

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir